Şanxay şəhərində keçirilən avtosalonda SAIC şirkətinə məxsus olan MG markası E-Motion adlı konseptual elektrik kupesini nümayiş etdirmişdir. Bu konseptin mötivləri üzərində hazırlanmış seriya modeli 2020-ci ildə işıq üzü görməlidir.
Kupenin güc qurğusu SAIC şirkəti tərəfindən hazırlanmışdır. Elektromobilin xüsusiyyətləri gizli saxlansa da, onun 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətləndiyi bildirilmişdir. Elektromobilin yürüş ehtiyatı 500 kilometrin üzərində olduğu da bildirilmişdir.
Konseptin əsas elementlərindən biri «qanad-qapılar» və iri diffuzor olmaqla çoxsaylı aerodinamik elementlərdir. Bundan başqa, ön işıq texnikası işıqlandırma rejiminin dəyişməsi ilə aktivləşən qapaqla da təchiz edilmişdir. Konsept tamamilə şüşədən hazırlanmış tavana da sahib olmuşdur.
MG E-Motion kupesinin kresloları hündür mərkəzi tonnel ilə bölünmüşdür. Bu tonnelin ön və arxa hissələrində yerləşdirilmiş sensorlu panellər vasitəsi ilə multimedia sisteminin və digər sistemlərin idarəetmə funksiyalarını həyata keçirmək mümkündür. Sensorlu düymələr qapı panellərində də quraşdırılmışdır.
Daha bir maraqlı element sükan çarxıdır. İlk baxışdan sükan üçqollu təsir bağışlasa da, əslində sükan çarxı bir qola malikdir.
Autocar dərgisinin məlumatına görə kupenin seriya variantının qiyməti 40 min dollar məbləğindən az olacaqdır.