2016-cı ildən Çinin SAIC konserninə məxsus olan ingilis MG markası bir əsrlik yubileyini qeyd etməyə hazırlaşır. Oksfordda fəaliyyət göstərən Morris Garage (MG) firması tərəfindən təkmilləşdirilmiş Morris avtomobilləri 1923-cü ildə işıq üzü görüblər, 2024-cü ildə isə MG ticarət markası rəsmi olaraq qeydiyyata alınıb. Britaniya markasının sahibləri onun 100-illik yubileyini təntənəli şəkildə qeyd etmək niyyətindədirlər.
Plana əsasən, 2024-cü ilə, MG markası dünya üzrə 100 bazarda təmsil olunmalıdır. Markanın satış həcmi isə, ildə bir milyon avtomobilə çatmalıdır. Məsələn, keçən il Çin bazarında 456 min (+53%), Avropada – 53 min (üçqat artım), Hindistanda isə 40 min (+43%) avtomobil satılıb.
Belə templə arzu olunan bir milyona çatmaq tam real görünür, əlavə olaraq, model cərgəsinin ciddi şəkildə genişlədilməsi də nəzərdə tutulub. Model xəttində gənclərə ünvanlanmış Cyber seriyasının avtomobilləri də peyda olmalıdırlar.
Cyber seriyasının təmsilçiləri əsasən parlaq dizaynlı krossover və minik avtomobilləri olacaqdırlar. Bu seriyadan olan ilk avtomobil yaxın bir neçə ayda debüt etməlidir. Üstəlik, MG markası özünün tarixi sahəsinə - kiçik və bahalı olmayan rodsterlərin istehsalçısı mövqeyinə qayıdacaqdır.
“Autocar” nəşrinin bildirdiyinə görə, yeni sportkarın buraxılması haqqında qərar artıq qəbul edilib və o keçən ilki MG Cyberster konseptinin sonrakı inkişafıdır. Yeni sportkar retrodizaynlı və arxa ötürməli yığcam rodster olacaqdır.
Keçən ilk konseptin 100 km/saata üç saniyəyə sürətləndiyi və dolu batareya ilə 800 kilometr məsafə qət edəcəyi söylənsə də, seriya avtomobilinin göstəriciləri bir qədər təvəzökar olmalıdırlar, çünki Cyberster əlçatan avtomobil kimi düşünülüb.
Avtomobilin texniki hissəsi Çin mənşəli olacaqdır, lakin onun dizaynı üzərində Londodndakı SAIC Advanced Design Cente mərkəzinin mütəxəssisləri çalışırlar.
MG şirkəti yığcam rodsterləri 1928-1980-ci illər arasında istehsal edib. 1992-ci ildə istehsalçı yenidən belə avtomobillərə qayıdıb və sonuncu MG TF rodsteri isə 2011-ci ildə buraxılıb. O gündən bəri markanın model cərgəsi yalnız minik avtomobilləri və krossoverlərdən ibarətdir. Lakin bəzi bazarlarda MG markası altında SAIC konserninin ofrouder və pikapları da satılırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.