SAIC konserni bir çox brendlərə sahibdir və onların arasında keçmiş Britaniya brendləri - MG və Maxus da var. Buna görə də təəccüblü deyil ki, onların model çeşidi əksər hallarda üst-üstə düşür. Bunu mahiyyətcə bir ofrouderdən ibarət olan, lakin müxtəlif bazarlar üçün müxtəlif təfsirlərdə olan ofrouder çeşidi ən aydın şəkildə nümayiş etdirir. Bu günlərdə bu ofrouderin MG Majestor adlı başqa bir variantı Hindistanda debüt edib.
Hər şey 2017-ci ildə Maxus D90 (və ya bəzi ixrac bazarlarında LDV D90) ofrouderi ilə başlayıb. Bir il sonra onun bazasında Cənub-Şərqi Asiya və Yaxın Şərq bazarlarında MG RX8 adı ilə satılan Roewe RX8 ofrouderi debüt edib.
Hindistanda isə, orijinal Maxus D90 ofrouderi MG Gloster adı ilə tanınır. Planlaşdırılmış genişmiqyaslı restylinq bu hekayənin yeni mərhələsinə start verib. İki il əvvəl yenilənmiş Maxus D90 Çində Maxus Territory adı ilə debüt edib. İndi isə, Hindistana onun MG Majestor adlandırılan versiyası debütə hazırlaşır.
Restaylinq nəinki nazik faraları və iri radiator barmaqlığı olan yenilənmiş görünüşü, eyni zamanda artmış ölçüləri gətirib. MG Majestor modelinin uzunluğu Gloster modelindəki 4985-ə qarşı 5046 millimetrdir, lakin təkər bazası dəyişməz olaraq qalır - 2950 millimetr.
Ofrouderin əsasını əvvəlki kimi, ikiqollu ön asqısı və bütöv arxa körpüsü olan çərçivəli şassi təşkil edir. Tamötürməli transmissya azaldıcı cərgəyə və ön oxu qoşan çoxdiskli muftaya malikdir. Hindistan üçün güc aqreqatı haqqında hələ heç bir məlumat yoxdur.
Çox güman ki, Majestor öz sələfinin texnikasını - klassik səkkiz pilləli “avtomat” ilə tandemdə çalışan 2,0-litrlik turbodizeli (218 at qüvvəsi, 480 Nm) miras alacaq. Yeri gəlmişkən, Çində orijinal Maxus Territory ya 48-voltluq staryor-generatoru olan eyni turbodizel və ya 2,0-litrlik benzin turbomühərriki (261 at qüvvəsi) ilə təklif edilir.
MG Majestor ofrouderinin interyeri hələlik nümayiş olunmayıb, lakin o, Maxus Territory modelindən yalnız sükan çarxının yerləşməsi ilə fərqlənəcək. Cihazlar paneli və media sistemi üçün ayrı ekranlar (hər biri 12,3 düym) və klimat-kontrol sisteminin düyməli idarəetmə paneli var. Opsiyalar siyahısına üçzonalı klimat-kontrol, isitmə, havalandırma və masaj funksiyası olan sürücü oturacağı, 12-dinamikli audiosistem və ikinci səviyyəli avtopilot daxildir.
Yeni MG Majestor yaxın aylarda Hindistan bazarında satışa çıxacaq və çeşiddə qalacaq Gloster modelindən bir pillə yuxarıda yerləşəcək. Hazırda Gloster modelinin qiyməti 4,0-4,4 milyon rupi (46-51 min dollar) arasındadır, Majestor isə, daha baha olacaq. Çində Maxus Territory 200-280 min yuana (27-38 min dollar) başa gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.