Apple AirPods bluetooth qulaqlıqlarının uğuru digər şirkətləri də rəqib qurğuların yaradılmasına sövq etdi. Xiaomi şirkətinin strategiyası yüksək keyfiyyətli və ucuz qiymətə qadcetlərin təklif edilməsidir. Qısa müddətdə dünya bazarında ilk beşliyə yüksələn çin istehsalçısı, bu dəfə də alıcıları sevindirdi.

AirDots-un başlıca rəqibləriolan Apple AirPods, Samsung Gear IconX maraqlı qulaqlıqlardır, amma qiymətləri insanı dişləyir. Qiymətləri isə,400 manat civarındadır. 

Yeni AirDots, həm qiymət, həm də dizayn cəhətdən fərqlidir. Azərbaycanda MiHome rəsmi mağazasında onun qiyməti 125 manat, AirDots Pro isə,205 manatdır. Keyfiyyət baxımından hər ikisi öz dəyərini üstələyir.

AirDots Pro

AirDots Pro rəqibi Apple AirPods-un analoqudur, lakin ondan fərqli dizaynı var. AirDots Pro aktiv səsboğucu sistemi ilə təhciz olunub. Onu istifafdə edərkən, ətrafdakı səsləri eşitmirsən, yalnız dinlədiyin musiqiyə cəmləşirsən. Xüsusi keys isə,onun batareyasını doldurmağa imkan verir.

AirDots Pro-nun daxilində 7 millimetrlik görünməz maqnitlərlə təhciz olunubki, bu da keyfiyyətli səs yaratmağa imkan verir. Silikon “tıxaclar” onları qulağa yaxşı oturdur və düşmə ehtimalını azaldır. “Tıxac”ların hesabına ictimai nəqliyyatda və təyyarədə qolaqlıqlardan rahat şəkildə  istifadə etmək olar.

Qulaqlıqlar Bluetooth 4.2 protokolu iləişləsə də,əvvəlkiverisyalar ilə də uyğunlaşır. Onlar öz aralarında da simsiz rabitə kanalı ilə birləşir. Qulaqlıqlar 3 - 3.5 saat dayanmadan işləyirlər. Onlar keys vasitəsi ilə doldurularaq, 10 saata qədər işləmək imkanına da malikdirlər. 10 dəqiqəlik doldurma isə, 1 saat işləməyə imkan verir. Tam doldurma 40 dəqiqə çəkir. Keysdəki indikator onların batareyasının dolu olub-olmadığını nümayiş etdirir. Keysisə, müasir USB-C standartlı port vasitəsiilə doldurulur. 

Qulaqlıqların idarə olunması onların üzərinə toxunmailə baş verir. Sensor səth yüngül toxunmalara belə reaksiyaverir.

Qulaqlıqların keyslə birlikdə tam çəkisi 58 qramdır. Sudan və tozdan qoruma standartı IPX4-dür. Bu da o deməkdir ki, yağışın altında qalsa belə, qorxulu deyil.

AirDots Pro iki rəngdə təklif olunur: ağ və qara. Qiyməti - 205 manatdır. 

Bir həftə istifadədən sonra deyə bilərəm ki, onun səs keyfiyyəti yüksəkdir.

AirDots

Əgər ucuz və keyfiyyətli Bluetooth qulaqlıq istəyirsəniz isə, onda sadə versiyaya diqqət yetriməyinizi məsləhət görürəm. Bu versiya isə, iki dəfə ucuz qiymətə təklif olunur. 

Pro kimi, adi da xüsusi keyslə birlikdə satılır. Amma, bu model mini USB portla təhciz olunur. Böyük qardaşından fərqli olaraq dizaynı başqadır. Ölçüləri bir az böyük olsa da, çəkisi yüngüldür. İdarə olunması yenə də sensorladır.

Image alt Image alt

Daxili batareyası 40 mAs-dır ki, bu da 3-3.5 saat istifadə deməkdir. Keys vasitəsi ilə 3 dəfə doldurula bilər. 

Rəng olaraq yalnız ağ təklif olunur. Qiyməti - 125 manatdır. Bu qiymətə eyni keyfiyyətdə və form-faktorda bluetooth qulaqlıq tapmaq, demək olar ki, mümkün deyil.

Nəticə

Bir həftə istifadədən sonra deyə bilərəm ki, onun səs keyfiyyəti yüksəkdir. Üstünlüklərindən biri də odur ki, onu həm kompyüter, həm də smartfonuma qoşmuşam və onların arasında seçim edə bilərəm. Yəni, qulaqlıqlar iki qurğu ilə qoşulma yarada bilər. Həm telefonla danışıqlar, həm mesencerlə işləmə, həm də musiqi, audiokitab dinləmək üçün uyğundur. Özəlliklə də, onlardan fitnes məşqlər zamanı aktiv istifadə edirəm.

Hər iki Mi Bluetooth qulaqlıqları test edərək, öz seçimimi AirDots Pro-da saxladım. Həm qiymət, həm keyfiyyət baxımından sərfəlidir. 

Mi AirDots sınaqüçün MiHome tərəfindən təqdim olunub.