Michelin şirkəti biomateriallardan hazırlanmış və sahibinin ilk tələbi ilə protektorunun dizaynını dəyişən futurustik havasız şinin konseptinin nümayiş etdirmişdir. Fransız istehsalçısı yaxın 10-15 il ərzində belə şinlərin istehsalının real olduğunu bildirmişdir.
Visionary Concept aslandırılmış təkərin təqdimat mərasimi Kanadanın Monreal şəhərində keçirilmiş Movin’On konfransında baş tutmuşdur. Təkərlərin hazırlanmasında gündəlik biomateriallardan istifadə edilə bilər. Bunlara misal olaraq narıncı qabıqlarını, karton və təkrar emal edilmiş digər tullantıları göstərmək olar.
Öz quruluşuna görə, təkər mərcanı xatırladır: mərkəzdəki sərt material xarici radiusa yaxınlaşdıqca yimşalır.
Gələcəyin təkərlərinin avtomobilin özü qədər xidmət edəcəyi ehtimal edilir. İstismar dövrünün sonunda təkər yenidən emal edilə bilər.
Eyni zamanda, bu təkərlərin sahiblərinə mövsümə uyğun təkərləri dəyişmək gərək olmayacaqdır. Sürücülər sərbəst şəkildə müvafiq yol şəraitinə uyğun gələn protektorun naxışını seçəcəkdirlər. Bundan başqa, yeni protektoru 3D-printeri vasitəsi ilə çap etmək də mümkün olacaqdır.
Həmçinin gələcəyin təkərlərinə xüsusi vericilər yerləşdiriləcəkdir. Bu vericilər operativ şəkildə avtomobilin sahibini dəyişən yol və hava şərtləri haqqında xəbərdar edərək protektorun dəyişdirilməsini tövsiyyə edəcəkdir. Avtomobil sahibi bütün məlumatları mobil əlavə vasitəsi ilə izləyə biləcəkdir.