Son məlumatlara əsasən Azərbaycan Hərbi Hava Qüvvələri qırıcı parkını yeniləməyə hazırlaşır və bizim hərbiçilərin diqqətini çəkən təyyarələr Su-35 və MiG-35 qırıcılarıdır. Bəs bu qırıcılar barədə nə bilirik? İlkin olaraq, MiG-35-dən başlayaq.

MiG-35 qırıcısı MiG ailəsinin ən qabaqcıl nümayəndəsidir. Döyüş keyfiyyətləri baxımından bu təyyarə beşinci nəsil qırıcılarına daha yaxın olan 4++ nəslinə aiddir. O, dördüncü nəsildən olan digər təyyarələri üstələməli, eyni zamanda, hava döyüşlərində beşinci nəsil qırıcılarına qarşı mübarizə aparmalıdır..

MiG-35 qırıcısı bahalı beşinci nəsil təyyarələrinə yaxşı alternativ sayılır. Rusiya hərbiçiləri onu 4 ilə 5 nəsil arasındakı keçid halqası hesab edirlər. Yeni qırıcının planeri mükəmməl döyüş maşınlarından sayılan MiG-29 təyyarəsinin planerinin inkişafı sayılır. Bu səbəbdən də yeni qırıcı qiymət baxımından əlverişli sayılır. Üstəlik, onun konstruksiyası artıq istehsalda yaxşı mənimsənilib. MiG-35 qırıcılarının Rusiya Hərbi Hava Qüvvələrinə göndərilməsi 2014-cü ildə başlanıb. Rusiya Müdafiə Nazirliyi, 2020-ci ildə MiG-35 qırıcılarından ibarət olan minimum iki eskadriliya yaratmağı planlaşdırır.

MiG-35

Yaradılma tarixi

MiG-35 qırıcısının yaradılmasına 2000-ci illərdə başlanıb. 2010-cu ilə qədər hava şoularında iştirak edən və sınaqdan keçirilən 3 prototip hazır idi. Qırıcı məşhur MiG-29 təyyarəsinin bazasında yaradılmışdır və qısa müddət ərzində yeni təyyarənin istehsalına başlanmışdır. Zahiri cəhətdən MiG-35 sələfinə çox oxşardır, eyni zamanda tamamilə yeni bir "içalata" malikdir. Yeniliklər aşağıdakılardan ibarətdir:

  • yüngül planer;
  • müasir avionika;
  • AFAR-a malik olan radar;
  • əvvəllər ixrac edilməyən silah növləri;
  • müasir müdafiə kompleksi;
  • Artmış resursa malik olan mühərriklər.

Yeni təyyarə yüksək sürət, manevr qabiliyyəti, davamlılığı və qabaqcıl silahları da daxil olmaqla mükəmməl texniki xüsusiyyətləri nümayiş etdirib. Eyni zamanda, MiG-35 qırıcısının bir uçuş saatının qiyməti sələfi MiG-29-un qiymətindən təxminən 2,5 dəfə azdır.

MiG-35

MiG-35 qırıcısının uçuş-texniki xüsusiyyətləri

  • Modifikasiya - MiG-35/MiG-35D 
  • Heyət - 1 və ya 2 nəfər;
  • Uzunluğu - 17,3 m;
  • Hündürlüyü - 4.73 m;
  • Qanad genişliyi - 11.99 m;
  • Qanad sahəsi - 42 m²;
  • Normal uçuş çəkisi - 17500 kq; 
  • Boş - 11000 kq;
  • Maksimum uçuş çəkisi - 23500 kq;
  • Mühərrik - 2 OBT "RD-33MKV" iki konturlu, forsajlı TRM;
  • Maksimum dartma - 2 × 5400 kq;
  • Forsajda maksimal dartma - 2 × 9000 kq;
  • Dartma vektorunun dəyişmə bucaqları - istənilən istiqamətdə ± 8 °, şaquli müstəvidə ± 15 °;
  • Dartma vektorunun dəyişmə sürəti - 60 °/s;
  • Mühərrikin kütləsi - 1055 kq.

Uçuş xüsusiyyətləri:

  • Yerə yaxınlıqdakı maksimal sürət - 1400 km/saat;
  • Yüksəklikdəki maksimum sürət - 2400 km/saat;
  • AYÇ ilə praktiki məzili - 3000 km;
  • AYÇ olmadan praktiki mənzili - 2000 km;
  • Uçuş müddəti - 2,2 saat;
  • Praktiki tavan - 17500 m;
  • Maksimum uçuş çəkisi ilə dartma qüvvəsi nisbəti - 0.77;
  • Normal uçuş çəkisi ilə dartma qüvvəsi nisbəti - 1.03;
  • Qanada düşən maksimum yük - 618 kq/m²;
  • Normal uçuş ağırlığında qanada düşən yük - 468 kq/m²;
  • Maksimum istismar yüklənməsi - 9 g.

MiG-35

Silah-sursat

  • Silah: İnteqrasiya edilmiş 30 mm-lik GSh-30-1 topu, 150 patron;
  • Asqı nöqtələri - 10 ədəd;
  • Sursat yükü - 6500 kq; 
  • Qısa mənzilli raketlər - R-73
  • Orta mənzilli raketlər - RVV-AE və R-27;
  • Gəmi əleyhinə raketlər - X-35 və X-31A;
  • Anti-radar raketləri - X-31P;
  • Hava-yer raketləri - NAR, X-29, X-25;
  • Hava-hava raketləri - H-29L, X-29T, X-25ML, RVV-AE, R-27;
  • Bomlabar - tənzimlənən və sərbəst düşən bombalar, aviasiya minaları.

Avionika

  • RLS - AFAR Zhuk-A ilə;
  • Yer hədəflərinin maksimal aşkarlanma məsafəsi - 60 km qədər;
  • Bir aerodinamik hədəfi aşkarlamanın  maksimal məsafəsi - 200 km qədər (ixrac üçün, 148 km-ə qədər).

MiG-35

Vəzifə və məqsədləri

MiG-35 çoxfunksiyalı ön cəbhə təyyarəsi, gecə və gündüz, düşmənin passiv və aktiv elektron əks tədbirləri həyata keçirməsi, sadə və mürəkkəb hava şəraitində yerüstü, səmadakı və su üzərindəki hədəfləri məhv etmək üçün yaradılmışdır.

MiG-35-in əsas vəzifələri:

  • hava hədəflərinin tutulması
  • səmada üstünlük qazanmaq;
  • döyüş bölgəsinin təcrid edilməsi;
  • hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi;
  • birbaşa aviasiya dəstəyi;
  • dəniz hədəflərinə zərbə.

MiG-35D və MiG-35 təyyarələrinin MiG-29 ilə müqayisədə əsas döyüş xüsusiyyətləri:

  • yüksək manevr qabiliyyəti;
  • artmış uçuş diapazonu;
  • yüksək döyüş qabiliyyəti;
  • etibarlılıq.

MiG-35

Konstruktiv xüsusiyyətləri

Qırıcının döyüş effektivliyini artırmaq üçün onun avionikası xeyli yaxşılaşdırılıb. MiG-35 qırıcısını unifikasiya edilmiş MiG-29K/KUB və MiG-29M/M2 ailəsinin digər təyyarələrdən fərqləndirən əsas cəhət budur. Üstəlik, fərqlərin təbiəti təkamül xarakterlidir: modeldən modelə beşinci nəsil cihaz və sistemlərin sayı artmağa davam edir.

Beşinci nəsil qırıcıları ilə əlaqəli olan texnoloji həllərin inteqrasiyası baxımından Avropa qırıcıları arasında MiG-35-in bənzəri yoxdur.

  1. Əsas diqqəti elektronikaya yönəltmək MiG-29-un əla aerodinamik konsepsiyası sayəsində mümkün olub. MiG-35 yaradarkən daxili yanacaq ehtiyatını 50%, döyüş yükünü isə iki dəfə artırmaq mümkün olub. Nəticədə, MiG-35-in fəaliyyət radiusu və silah çeşidi ağır qırıcıların səviyyəsinə yüksəldilib.
  2. Maksimum uçuş çəkisi 30% artaraq 23.5 tona çatıb. Uçuş performansını qorumaq və yaxşılaşdırmaq üçün onun konstruksiyası bir sıra təkmilləşdirmələrə məruz qalıb: məsələn, konstruksiyanın möhkəmliyi və qanadın yüklənmə xüsusiyyətləri yaxşılaşdırılıb.
  3. Yenilənmiş güc qurğusu. Təyyarəni tüstüsüz yanma kamerası olan, resursu 10% artırılmış və etibarlılığı yüksəldimiş RD-33MK mühərrikləri ilə təchiz ediblər. Opsional olaraq, dartma vektorunun hər tərəfli dəyişməsi olan modernləşdirilmiş RD-33 mühərriklərini də quraşdırılmaq olar.
  4. MiG-35 kabinəsi, MIL-STD-1553B standartına uyğun olaraq multipleks məlumat şinasından istifadə edərək açıq arxitektura prinsipi ilə qurulan ən yeni nəsil avionika avadanlığı ilə təchiz edilmişdir. Bu, təyyarənin döyüş istifadəsinin çoxyönlü olmasını təmin edir, eyni zamanda xarici və Rusiya istehsalı olan yeni növ silah və avadanlıqların inteqrasiyasını asanlaşdırır. Silahların idarə edilməsində HOTAS prinsipi tətbiq olunur. Kabinənin məlumat və idarəetmə sahəsi, 6x8 düym ölçülü üç  genişformatlı çoxfunksiyalı LCD-lərə, habelə genişbucaqlı HUD-a əsaslanır.
  5. MiG-35-in silahların idarə edilməsi sistemi Juk-AE AFAR, OLS-K optik lokasiya stansiyasına, həmçinin OLS-UEM optik lokasiya stansiyasına, dəbilqəyə quraşdırılmış hədəf göstərmə, indikasiya və naşanalma NSCPI sisteminə əsaslanır ki, bu sistem də imkan və xarakteristikalarına görə beşinci nəsil təyyarələrinin tələblərinə cavab verir. Lazer, tele və infraqırmızı görmə avadanlıqları olan OLS əvvəllər aviasiyada tətbiq  olunmayan kosmik texnologiyalardan istifadə etməklə yaradılmışdır. Bu, təyyarənin davamlılığını və döyüş istifadəsinin effektivliyini artırmağa imkan verir.
  6. Təyyarənin tropiklərdə istifadəsini asanlaşdırmaq üçün, əsas sistemlərin və planerin korroziyadan qorunması texnologiyasından istifadə edilmişdir.
  7. MiG-35 üçün tam avtonomluğu təmin edən bir sıra texnoloji və texniki həllər hazırlanmışdır. Bu, məsələn, təyyarədə oksigen hasil edən stansiya mövcuddur.

MiG-35

Qənaətcillik və döyüş hazırlığı

MiG-35-in xidmət müddəti ən azı 40 ildir. Bir təyyarənin xidmət müddəti 6 min saatdan çoxdur. Təyyarənin, onun avionikasının və mühərrikinin etibarlılığını əhəmiyyətli dərəcədə artırılıb. Məhdud resursu olan bölmələrin sayı əvvəlki qmodifikasiyalar ilə müqayisədə demək olar ki, 3,5 dəfə azaldılmışdır.

MiG-35-in əsaslı şəkildə yaxşılaşdırılmış xüsusiyyətləri, dünya bazarında uğrulu rəqabət aparmaq üçün ciddi bir faktordur ki, bu sahədə daha az istismar xərcləri olan təyyarələrə böyük diqqət yetirilir. Digər amillər ilə yanaşı, bu tendensiya aviasiya yanacağının qiymətinin kifayət qədər sürətlə artması ilə əlaqələndirilir.