Bildiyimiz kimi, yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer Belçika Qran Prisinin keçirildiyi günlərdə atasının ilk çempionluq titulunu qazandığı 1994-cü ilin Benetton B194 bolidini idarə etmişdi.

Formula 3 pilotu atasının bolidini sınaqdan keçirdikdən sonra əldə etdiyi təəssüratlarla bölüşüb. "Bu çox inanılmaz təcrübədir. Avtomobil məni heyrətləndirdi", - Mik Channel 4 kanalına müsahibəsində bildirib.

BBC 5 Live kanalının jurnalistləri ilə söhbətində Mik əlavə edib: "Mən böyük həzz aldım və burada çıxış etməkdən xoşbəxtəm. Bu çox emosional bir andır, çünki atamı və bu treki tarixi bağlar birləşdirir".