Boston Consulting Group analitiklərinin qənaətinə görə, komponent çatışmazlığı 2021-ci ildə qlobal avtomobil istehsalını 7-9 milyon ədəd azalda bilər. Bu ilin birinci rübündə şirkətlərin itkiləri 1,4 milyon avtomobil təşkil edirdisə, ikinci rübdə bu rəqəm 2,6 milyona qədə artıb. Mütəxəssislərin fikrincə, üçüncü və dördüncü rüblərdə, vəziyyətdən və bazardan asılı olaraq, avtomobil istehsalçıları üç milyondan beş milyona qədər avtomobili buraxmayacaqlar.
Araşdırmaya görə, bu ilin ilk yarısında ən ciddi istehsal itkilərinə Ford konserni məruz qalıb - amerikan şirkətinin istehsal həcmi 700 mindən çox avtomobil azalıb. Azalma təxminən 600 min avtomobil istehsal etməyən Stellantis (Peugeot, Citroen, Chrysler, Fiat, Jeep və digər markalar) konsernində və Renault Group qrupunda (415 mindən çox ədəd) da qeydə alınıb.
Boston Consulting Group mikroçip tədarükünün tədricən bərpa olunduğunu, lakin pandemiyanın öz təsirini davam etdirdiyini qeyd edib. “Biz mikroçip istehsalının avtomobil sənayenin tələbatını tam ödəyəcəyi səviyyəyə çatmasını gözləyirik, lakin üçüncü rübdə istehsalın lazımi səviyyəyə çatmasına “delta” ştammı mane olur. Odur ki, istehsalın tam bərpası 2022-ci ilin ikinci yarısından əvvəl baş tutmaayacaqdır”, - mütəxəssislər bildiriblər. Bunun səbəbi, standart istehsal dövrünün 10-12 həftə olması və istehsal güclərinin artıq 6-12 ay müddətinə sifarişlərlə təmin edilməsidir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.