Avtomobillərin təmizlənməsi və cilalanması üzrə ixtisaslaşmış Esoteric şirkəti son dörd ildə hər il iki dəfə baş çəkdiyi müştərisi barədə videoçarxı dərc edib.
Şirkətin müştərisi topladığı eksklyuziv superkarları üçün nəzərdə tutulmuş xüsusi binanı inşa etdirib. Bu superkarlardan biri də, videoçarxda çəkilən Ferrari LaFerrari Aperta superkarıdır. Ümumi sahəsi 800 kvadrat metr təşkil edən dörd mərtəbəli binanın tikilməsinə üç il sərf edilib. Bu binada dünya avtomobil tarixininin həlledici anlarına həsr edilmiş 100 unikal heykəl, lift və fırlanan xüsusi podium və avtotəmirxana vardır. Kolleksiyaya Ferrari LaFerrari, və LaFerrari Aperta, F12tdf, 599 GTO, Enzo, F40, 288 GTO və Porsche 911 R avtomobilləri daxildir.
Avtomobillərin əksər hissəsindən bir dəfə olsun belə istifadə edilməyib.