Animasiyalı köməkçi bir həftə sonra Şanxay avtosalonunda nümayiş etdirilməlidir, lakin Britaniya istehsalçısı onun imkanları haqqında bir qədər sonra danışmağa söz verib. “Spaykın” örnəyi MINI markasının köhnə reklam çarxlarında görünən ingilis buldoqudur. İstehsalçının fikrincə, personaj sürücü ilə avtomobil arasında emosional əlaqəni gücləndirməli, habelə onlar arasındakı “ünsiyyəti” daha canlı və parlaq etməlidir.

Gələcək MINI modelllərinin media sisteminin dərinliklərində yaşayacaq rəqəmsal Spike köpəyinin ilk evi MINI Aceman konsepti olacaq. Spike dairəvi OLED displeydə yaşayacaq, lakin onun tam olaraq nə edə biləcəyi hələlik bəlli deyil. 

MINI yeni modellərdə rəqəmsal platformanın xüsusiyyətlərini açıqlayarkən bu barədə geniş məlumat verəcəyini bildirib. Böyük ehtimalla, Spike artıq Cooper hetçbekində, eləcə də növbəti nəsil Countryman krossoverində peyda olacaqdır. Sonuncu, prototip statusunda, son sınaqlardan keçir və tezliklə Leypsiqdəki zavodda buraxılmağa başlayacaq.

Yeni Countryman həm yanacaqlı, həm də elektrik versiyalarında debüt edəcəkdir. Belə ki, tam ötürməli Countryman SE ALL4 modeli iX1 xDrive30 krossoverindən götürülmşü 313 at qüvvəsi və 494 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusunu və 64,7 kilovat-saatlıq batareyanı alacaq. Eyni zamanda, 191 at qüvvəsi hasil edən tək mühərrikli Countryman E versiyası da olacaqdır. Tamötürməli elektromobilin bəyan edilmiş yürüş ehtiyatı 450 kilometr təşkil edəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.