Mini şirkətinin İtaliya ofisi BMW R nineT Scrambler motosiklinə həsr etdiyi Clubman hetçbekinin xüsusi variantını təqdim etmişdir.Konseptual model Bavariya şirkətinin retro avtomobillərinin dizayn üslubunu xatırladan üslubda hazırlanmışdır. Konseptin hazırlanmasında Clubman modelinin “qaynar” variantı olan Clubman S All4 modifikasiyasından istifadə edilmişdir. Konsept seriya avtomobilindən kuzovun rəngi, yolsuzluq üçün təkərlərlə, radiator barmaqlığındakı fənərlərlə və baqajın damda bərkidilməsi üçün quraşdırılmış xüsusi avadanlıqla seçilir.

Konseptin interyeri RnineT Scrambler motosiklinin oturacağının rəngində tərtib edilmişdir. Dəri və alkantara ilə üzlənmiş qabaq oturacaqlarınn kürək hissəsinə Scrambler sözü həkk edilmişdir. Bununla belə, istehsalçı konseptin texniki imkanları barədə məlumat verməmişdir.

Mini Clubman S All4 modeli gücü 192 at qüvvəsi olan 2,0-litrlik turbomühərriklə təchiz edilir.

Konseptin kütləvi nümayişi bu günləırdə Turinin Valentino parkında işinə başlamış avtomobil sərgisində keçirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt