Mini “vida” seriyasından olan Clubman universalını təqdim edib. 1969 nüsxəlik tirajla buraxılacaq xüsusi nəşrin sayı modelin bazara çıxarıldığı ilə - 1969-cu ilə işarədir. 60-cı illərin sonlarında brendin dizayneri Roy Hayns Clubman universalının bazara çıxması ilə “yalnız çirkin şeylərin funksional ola biləcəyinə inamını yoxa çıxardığını” bildirmişdi. Clubman Final Edition versiyasının ərəfəsində şirkət bu modelin “Mini xəttindəki ən universal və praktik” model olaraq qaldığını qeyd edib.

Tanıdığımız Clubman modeli artıq təqaüdə göndərilir. Lakin bu baş verməmişdən əvvəl xüsusi Final Edition “vida” versiyasını alacaqdır.

“Vida” seriyasından olan universallar üç eksklüziv kuzov rəngində təklif ediləcək və mis rəngli dekora sahib olacaqdır. Arxa dayaqda isə avtomobilin seriyadakı nömrəsi göstəriləcəkdir - “1969-dan 1”. Eyni nömrə nişanı salonda quraşdırılacaqdır. İnteryer də mis vurğuları olan Sage Dark Green rəngində tərtib edilir.

Texniki baxımdan hər şey standart Clubman universalındakı kimidir: 192 at qüvvəli 2,0-litrlik “turbodördlük”, ön və ya tam ötürmə sistemi. Bəzi bazarlarda isə dizel modifikasiyası da olacaqdır. Cooper Clubman və Cooper S Clubman arasından seçim etmək də təklif olunacaqdır.

Böyük Britaniyada “vida” seriyasından olan 100 universal satılacaqdır. Vətənində Clubman Final Edition universalının qiyməti 37 min funt-sterlinqdən başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, Mini üçüncü nəsil Countryman modelini təqdim etməyə hazırlaşır. Artıq məlumdur ki, modelin növbəti nəsli həm daxili yanma, həm də elektrik mühərriklərii ilə bazara çıxacaqdır. Üstəlik, ən azı üç batareyalı modifikasiya olacaqdır: E, SE və JCW. Baza elektrik krossoveri 190 at qüvvəli elektrik mühərriki, tam ötürməli versiya isə 272 at qüvvəli ikimühərrikli  güc qurğusuna sahib olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.