2016-cı ildə debüt etmiş Mini Countryman modeli (F60) planlaşdırılmış yenilənmə prosesindən keçib. Modelin mühərrik çeşidində dəyişiklik olmasa da, 8-pilləli Steptronic avtomatik transmissiyası əksər versiyaların standart avadanlıq siyahısına daxil edilib.
Avtomobilin eksteryerində baş vermiş dəyişikliklər onu əvvəlkindən ayırd etmək üçün kifayət etməlidir: artıq ön fənərlər və duman əleyhinə işıqlar LED texnolgiyalara malidirlər, yeni radiator barmaqlığının kiçildilmiş surəti ön bamperdə peyda olub.
Qeyd etmək gərəkdir ki, Union Jack dizaynlı arxa fənərləri əlavə ödənişlə sifariş etmək olar. Kuzovun rənglənməsi üçün təklif edilən boya palitrasına White Silver Metallic və Sage Green Metallic çalarları əlavə edilibdir. Bundan başqa, kuzovu opsional Piano Black Exterior dəsti ilə bəzəmək də olar. Bundan başqa, 16, 17 və 19 düymlük təkər diskləri də müxtəlif variantlarda təklif olunurlar.
Salondakı yeganə yenilik - beş düymlük oval formalı rəqəmsal cihazlar panelidir. Əslində bu panel yeni deyil - o, JCW GP hetçbekində və Cooper SE elektrokarında da quraşdırılır. Bundan başqa, dəri ilə örtülmüş sükan çarxı da bütün təchizat səviyyələri üçün standart avadanlığa çevrilib. Oturacaqlar üçün isə, Chester Indigo Blue və malt Brown dəriləri təklif olunur. Ön panelin alt hissəsindəki rəngli işləmələr də, artıq dəri salonun ayrılmaz hissəsidir.
Avropada yenilənmiş Mini Countryman modelinə sifarişlər artıq qəbul edilirlər. Yenilənmiş modelin qiyməti 29.500 avrodan başlayır.