MINI şirkəti Countryman krossoverinin hibrid variantı da olan ikinci nəslini təqdim etmişdir. Britaniya markasının tarixində ilk hibrid avtomobil olan krossover benzin-elektrikli güc aqreqatı ilə hərəkətə gəlir.

İkinci nəsil Countryman sələfindən 200 millimetr uzun, 30 millimetr enlidir. Müvafiq olaraq avtomobilin uzunluğu 4297 millimetrə, eni isə 1819 millimetrə bərabərdir. Yeni modelin təkər bazasının uzunluğu 2670 millimter təşkil edir ki, bu da əvvəlki modeldə olduğundan 75 millimetr çoxdur. Baqaj bölümünün həcmi 450 litrdir. Arxa oturacaqların qatlanması halında baqajın həcmi 1309 litrə kimi arta bilər. Hibrid güc aqreqatının quraşdırılması UKL2 modul platforması sayəsində mümkün olmuşdur. «Yaşıl» modifikasiya Cooper S E Countryman ALL4 adını daşıyır.

Yeni avtomobil  BMW 2-Series Active Tourer 225xe modlindən tanış olan 136 at qüvvəli 1,5-litrlik benzin mühərriki, 88 at qüvvəli elektromotoru, altı pilləli avtomatik sürətlər qutusunu və 7,7 kilovatt-saatlıq tutumu olan litium-ion batareyalar dəstini əldə etmişdir. Hibrid güc aqreqatının ümumi göstəriciləri 224 at qüvvəsi və 385 Nm fırlanma anıdır. Hibrid krossover  yalnız elektrik mühərrikindən istifadə etməklə 40 kilometr məsafə qət etmək imkanı vardır. Bu halda onun maksimum sürəti 125 km/saata bərabərdir. Qarışıq rejimdə avtomobil 100 kilometrə 2,1 litr yanacaq sərf edir. 

MINI Cooper S E Countryman ALL4

Yeni nəsil Countryman modeli üçün standart mühərrik, 136 at qüvvəsi və 220 Nm fırlanma anı olan 1,5-litrlik benzin mühərriki olacaqdır. Bundan başqa, Cooper S Countryman modifikasiyası 192 at qüvvəsi gücü olan 2,0-litrlik mühərriklə də təchiz ediləcəkdir.

Krossoverin dizel variantları olan Cooper D Countryman və Cooper SD Countryman müvafiq olaraq 150 və 190 at qüvvəli 2,0-litrik dizel mühərrikləri ilə təchiz ediləcəkdir.

Təkmilləşdirilmiş ALL4 tam çəkiş sistemi bütün variantlara quraşdırılacaqdır. 1,5-litrlik mühərrik altı pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə birgə çalışa bilər. Ən güclü dizel variantı isə səkkiz pilləli Steptronic «avtomatı» ilə təchiz olunacaqdır.

Bu qutu həmçinin, Cooper S Countryman və Copper D Countryman versiyalarında da opsional olaraq quraşdırıla bilər. 

Yeni krossoverin təchizatına 8,8-düymlük sensor displeyi və naviqasiya sistemi olan multimedia sistemi, proyeksiya displeyi, Harman/Kardon səs sistemi və panorama tavan daxildir. İkinci nəsil MINI Countryman modelinin kütləvi təqdimat mərasimi noyabrın ortalarında işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir. Bundan sonra, krossoverin 231 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilən «qaynar» Countryman  JCW modifikasiyası təqdim ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt