Mini şirkəti Countryman modelinin ikinci nəslinin “qaynar” John Cooper Works modifikasiyasını təqdim etmişdir. Avtomobilin kütləvi təqdimat mərasimi bu ilin aprel ayında Şanxayda keçiriləcək avtosalonda baş tutacaqdır.
Yeni avtomobil 231 at qüvvəsi və 350 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gəlir. Turbomühərrikin gücü əvvəkli modeldə olduğundan 13 at qüvvəsi çoxdur. Güc aqreqatı həm altı pilləli mexaniki ötürmələr qutusu, həm də səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilə bilər. Yerindən 100 km/saat həddinə “qaynar” Countryman 6,5 saniyəyə sürətlənir. Bu əvvəl olduğundan 0,8 saniyə yeyindir. Avtomobilin maksimal sürəti 234 km/saat təşkil edir.
Ənənəvi olaraq, “qaynar” Mini modeli xüsusi kuzov dəstinə, yenidən tənzimlənmiş asqıya, idman buraxılış sisteminə, daha güclü əyləc sisteminə və 18-düymlük təkər disklərinə məxsusdur. Modelin təchizatına işıqdiodlarından olan fənərlər, aktiv kruiz-kontrol, arxa görüntü kamerası, parktronik sistemi, Harman Kardon səs sistemi, panoram tavan, alın şüşəsinin qızdırılması və naviqasiya sistemi daxildir. Mini Countryman JCW “qaynar” modelinin satışlarına yazda başlanacaqdır.