Mini şirkəti ən populyar modellərindən biri olan yenilənmiş Countryman krossoverinin “offroad” modifikasiyasını təqdim edib. Ralli texnologiyalarını özündə cəmləşdirən krossover Dakar ralli-reydinin beşqat qalibi olan X-Raid komandası ilə əməkdaşlıqda yaradılıb.
Mini Countryman powered by X-reyd modeli təkmilləşdirilmiş asqı sisteminə və 195 millimetrə (+40 millimetr) qədərartırılmış klirensə sahib olub. Bundan əlavə, təkmilləşdirilmiş şassidə mühəndislər ralli texnologiyalarını tətbiq edərək, yığcam krossoverin asqının istənilən əraziyə daha yaxşı uyğunlaşmasına nail olublar.
Aparılmış dəyişikliklər sayəsində Mini Countryman modelinin qət edilən çay keçidinin dərinliyi və giriş bucağıı əhəmiyyətli dərəcədə artırılıb. Bundan əlavə, xüsusi versiyanı təkərləri zədələnmədən qoruyan və çətin ərazilərdə avtomobilin idarə edilməsini yaxşılaşdıran xüsusi disklər ilə təchiz ediblər.
Vizual olaraq, Countryman krossoverinin “ralli” versiyası qapı və kapotdakı yapışqanlarla yanaşı alüminium dam reyıinqləri ilə də fərqlənir. Güc qurğusu və ya transmissiya üzərində işlərin aparılması barədə hələ heç bir məlumat verilməyib. Şəkillərdə Cooper S Countryman modelinin əsasında yaradılmış xüsusi versiya nümayiş etdirilir.
Xatırladaq ki, standart modelin kapotunun altında 192 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin turbomühərriki yerləşir. Əlavə olaraq, “rally” modifikasiyası ofroud imkanlarını daha da artıran tam ötürmə sistemi ilə də təchiz edilə bilər.