MINI şirkəti Countryman modelinin daha bir xüsusi verrsiyasını təqdim edib. Boardwalk Edition indeksinə malik olan krossover Britaniya sakinlərinə ünvanlanıb. Xüsusi seriyadan olan krossoverlər 325 nüsxəlik tirajla buraxılacaq və 31,600 funt sterlinqdən başlayan qiymətlərlə satılacaqdırlar.
Məhdud seriyadan olan MINI Countryman Boardwalk Edition modeli 136 at qüvvəsi və 220 Nm fırlanma anı hasil edən 1.5-litrlik turbomühərrik ilə təchiz edilən Cooper, 178 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən 2.0-litrlik mühərrikə sahib olan Cooper S və tam ötürməli Cooper S ALL4 modellərinə əsaslana bilərlər. İlk iki mühərrik ilə təchiz edilən avtomobillər 6-pilləli mexaniki və ya iki muftalı yeddi pilləli "robot" ilə təchiz edilə bilərlər. Tam ötürməli avtomobillər isə yalnız səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz olunurlar.
Seriyanın adı taxta piyada keçidlərinə işarə edir - belə keçidlər dəniz sahillərində və çimərliklərdə rast gəlmək olar. Buna görə də, kuzov və salondakı emblemlər lövhələrdən yığılan naxış üslubundadır. Xüsusi seriyadan olan avtomobillər, xüsusi olaraq Mini Convertible Sidewalk Edition üçün hazırlanmış bərq vuran Deep Laguna Metallic rənginə boyanırlar. Avtomobillərin damı və yan güzgü gövdələri qara rəngədir. Eyni zamanda, əvvəl nümayiş etdirilən Countryman Powered by X-raid modelindən fərqli olaraq, xüsusi seriyadan olan avtomobillərin asqısına toxunulmayıb.