Mini Cooper SE elektrik prototipi hava limanı yedəkçisi rolunda çıxış edərək, 150-tonluq yük təyyarəsini Frankfurt aeroportundakı yükləmə məntəqəsindən çəkərək aparıb. Avtomobilin imkanlarının nümayişi BMW Group ilə Lufthansa Cargo şirkətlərinin birgə layihəsinin tərkib hissəsidir.
İstehsalçı tərəfindən dərc edilmiş videoçarxda Mini hetçbekinin keçən il içərisində BMW Vision iNEXT konseptinin təqdimatı keçirilmiş Boeing 777F təyyarəsini yedəyə aldığını görmək olar. O zaman, konsept Frankfurt aeroportunun ərazisi ilə hərəkət etmiş, sonra isə onu təyyarəyə yükləmişdilər.
Mini Cooper SE elektrokarının istehsalı bu ilin noyabr ayında başlanacaqdır. Modeli BMW şirkətinin Oksforddakı zavodunda buraxacaqdırlar. Mini Cooper SE üçqapılı hetçbekin bazasında inşa edilib. İlkin məlumata görə, elektrokar BMW i3s modelinin güc qurğusuna sahib olacaqdır. Bu, 184 at qüvvəli elektrik mühərrikinin və 42,2 kilovat-saatlıq batareyanın mövcudluğundan xəbər verir. Elektrokar enerji yükləmədən, dolu batareya ilə 300 kilometr məsafə qət edə biləcəkdir.