MINI şirkəti yeni nəsil Countryman krossoverinin ən sərfəli modifikasiyası haqqında məlumatı açıqlamışdır. One indeksinə sahib olmuş krossover üç silindrli benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir.
MINI One Countryman modifikasiyası 102 at qüvvəsi və 180 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı altı pilləli mexaniki və yaxud altı diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışa bilər. Birinci halda avtomobil 100 km/saat həddinə 11,8 saniyəyə, ikinci halda isə 12,2 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 180 km/saat təşkil edir.
MINI One D Countryman modeli 1,5-litrlik üç silindrli turbodizel mühərriki ilə hərəkətə gəlir ki, bu aqreqat da 116 at qüvvəsinə və 270 Nm fırlanma anına malikdir. Dizel mühərriki yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə krossover 10,9 saniyəyə sürətlənir və 190 km/saat maksimal sürətə malikdir.
Sərfəli qiymətə satılacaq krossoverlər diler mərkəzlərində iyul ayında nümayiş etdiriləcəkdirlər. O zaman da, MINI şirkəti bir sıra yenilikləri təqdim edəcəkdir. Belə ki, Clubman və Countryman modelləri Apple CarPlay əlavəsi ilə təchiz ediləcəkdirlər. Qalan modellər isəŞ yenilənmiş cihazlar panelinə,bir qədər dəyişdirilmiş proyeksiya displeyinə, həmçinin idarəetmə elektronikasının iş rejimlərini dəyişdirən yeni selektora sahib olacaqdırlar. Bu selektor klimat-kontrolun blokunda yerləşdiriləcək və tumbler formasında olacaqdır.