Mini şirkəti rəsmi olaraq Britaniya markasının ilk seriya elektrokarı olacaq modelin prototipini nümayiş etdirib. Elelctric Concept adını almış konseptin bir sıra kuzov elementlərini 3D-printerindən istifadə edərək hazırlayıblar.
Üçölçülü çapdan konseptin bir sıra aerodinamik elementlərinin yaradılması zamanı istifadə edilmişdir.
Söhbət avtomobilin hava girişlərinin içərisindəki elementlərdən gedir. Bununla belə, Mini şirkəti prototipin texniki içalatı barədə heç bir məlumat verməyib. Şirkətdən yalnız avtomobilin elektrik mühərriki və 19-düymlük təkər diskləri ilə təchiz edildiyini bildiriblər.
Konsept həmçinin asının xüsusi tənzimləmələrinə sahib olub. Prototipin platforması haqqında da açıqlama verilməyib. Çox güman ki, kosnept adi üçqapılı hetçbekin bazasında hazırlanıb. Konseptin seriya variantı 2019-cu ildə işıq üzü görəcəkdir.
Onun istehsalı istehsalçının Oksforddakı müəssisəsində yerləşdiriləcəkdir.