MİNİ şirkətinin Amerika nümayəndəliyi, Cooper hetçbekinin Seven adını almış xüsusi modifikasiyasını təqdim etmişdir. Yeni modifikasiyanı, 1959-cu ildə Morris Mini Minor adı ilə Koulidə və Austin Seven adı ilə Lonqbricdə buraxılan orijinal modelə həsr etmişdirlər. MİNİ Seven modifikasiyası gümüşü rəngə boyanmış dam və kuzov boyu çəkilmiş eyni rəngli zolaqlara təchiz edilmişdir. Avtomobilin kuzovu isə Lapisluxury Blue rənginə boyanmışdır ki, istehsalçı bu rəngi «bu günə qədər MİNİ avtomobillərində olan ən dolğun mavi rəng» kimi xarakterizə etmişdir.
Yeni modifikasiya həmçinin, «Seven» yazısı olan örtmələr və 17-düymlük eksklyüziv təkər diskləri ilə təchiz edilir. Xüsusi modifikasiyanın salonunda dəri və damalı parça ilə üzlənmiş idman oturacaqlarını görmək olar. Ön paneldə və mərkəzi konsolda qara və narıncı rəngli işləmələrə də rast gəlmək mümkündür. MİNİ Seven standart olaraq 6,5-düymlük ekranı olan multimedia sistemi ilə təklif ediləcəkdir. Əlavə ödəniş etməklə 8,8-düymlük monitoru və naviqasiya sistemi olan məlumat-əyləncə kompleksini də sifariş etmək mümkündür.
Xüsusi seriyadan olan hetçbeklər Cooper və Cooper S modifikasiyalarının bazasında hazırlana bilər. Bildiyimiz kimi, MİNİ Cooper 136 at qüvvəli 1,5-litrlik üç silindirli turbomühərriklər, Cooper S isə, 192 at qüvvəsi gücü olan 2,0-litrlik «turbodördlüklə» hərəkətə gəlir.
Güc aqreqatları altı pilləli mexaniki və ya altı diapazonlu avtomatik sürətlər qutusu ilə birləşdirilir. MİNİ Seven modelinin ABŞ bazarındakı satışlarına bu ilin ikinci yarısında başlanmalıdır.