Keçən baharın sonunda yenilənən adi Countryman modelinin ardınca, MINI, yenilənmiş John Cooper Works Countryman modelini təqdim edib. Dəyişikliklər avtomobilin eksteryer və interyerini, həmçinin təchizatına təsir göstərib, ancaq güc qurğusu dəyişilməyib.
MINI John Cooper Works Countryman modelinin radiator barmaqlığı, arxa fənərləri və ön LED işıqlarını yenilənmiş, opsiyalar siyahısına matrisalı uzaq işıqları olan adaptiv ön fənərlər Daxil edilmişdir. Modelin rəng palitrasına iki yeni metallik boyası əlavə edilib: ağ White Silver və yaşıl Sage Green.
Əlavə ödəniş ilə Piano Black Exterior paketini sifariş etmək olar. Bu dəstin tərkibinə radiator barmaqlığının və işıq texnikasının parlaq qara haşiyəsi, qara rəngli qapı tutacaqları və baqaj qapağındakı nişanları daxildir.
Salonda beş düymlük ekrana sahib yeni cihazlar paneli vardır. 8,8-düymlük sensorlu ekranı olan Connect Media media sistemi ayrıca satılır. SIM kart və firma onlayn xidmətlərə giriş standartdır. MINI Navigation Plus paketi real vaxt rejimində tıxaclar haqqında məlumat verəcək və həmçinin Amazon Alexa səs köməkçisini bort sisteminə birləşdirəcəkdir.
Krossoverin kapotunun altında əvvəlki kimi, 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0-litrlik M Performance turbomühərriki yerləşir. Güc qurğusu səkkiz pilləli Steptronic Sport avtomatı və ALL4 tam ötürmə sistemi ilə birlikdə çalışır.
Səsboğucu sistemin çıxış boruları artıq 85 millimetrlik diametrdə deyil, 95 millimetrlik ölçüyə malikdirlər. MINI JCW Countryman 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir. Maksimal sürət 238 km/saatdır.