Gələn ilin mart ayından başlayaraq “qaynar” Mini John Cooper Works hetçbeki və onun Convertible variantı yeni Euro 6d-TEMP ekoloji standartına cavab verəcəkdir. Bunun üçün 2,0-litrlik benzin turbomühərriki buraxılış sisteminə inteqrasiya edilmiş sərc hissəciklər filtri ilə təchiz ediləcəkdir. Bununla belə, mühərrikin hasilatı dəyişilməz qalıb – 231 at qüvvəsi və 320 Nm. Hətta, səsboğucu sistemin də səsi “idman” xarakterini itirməyib.
Eyni zamanda, avtomobillər radiator barmaqlığını, işıqdiodlarından ön fənərləri və arxa fənərləriyeni haşiyələndirən parlaq qara dizayn dəstinə sahib olub. Piano Black tərtibatı salonda da və baqaj qapağının dəstəyində də istifadə edilir. Bundan başqa, modelin avadanlıq siyahısına smartfonların induksion doldurulması və Mini loqotipinin sürücü tərəfindən yerə proyeksiyası da daxil edilibdir.