Mini şirkəti 8 mart bayramı münasibəti ilə Pat Moss Edition adlı xüsusi tərtibatı hazırlayıb. Xüsusi tərtibatı üç və beşqapılı Cooper S və Jhon Cooper Works hetçbekləri üçün sifariş etmək olar. Britaniya markası xüsusi versiyanı “güclü qadınlara”, habelə 1962-ci ildə “Tülpanlar rallisi” kimi məşhur olan Nordveyk - Monte-Karlo - Nordveyk yarışında qalib gəlmiş əfsanəvi Pət Mossa həsr edildiyini bildirib.

Mini Pat Moss Edition modelləri yan güzgülərin qırmızı gövdələri, habelə qırmızı, gümüşü və qara çalarlardan ibarət üçrəngli damı olan qara və ağ rəngli kuzovlarda təklif ediləcəkdirlər. Xüsusi versiyanın kapotunda Pət Mossun yarış avtomobilinin nömrə nişanına işarə edən 737 ABL yazısı həkk edilmiş boz zolaq peyda olacaqdır. Bundan başqa, modellərin eksteryerini çoxsaylı miniatür tülpanlarla bəzəyəcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tüplanlar avtomobillərin salonlarında da peyda olacaqlar. Məsələn, bir neçə tülpan şəkilləri sükan çarxına həkk ediləcəkdir. Bundan başqa, xüsusi Mini modellərini fərdi kandar lövhələri, mühərrikin porşenlərini simvollaşdıran abstrakt naxışlar, habelə Pət Mossun avtoqrafı ilə bəzəyəcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.