BMW konserni Mini Rocketman modelinin buraxılamsına yaşıl işıq yandırıb. Rocketman 3,4 metrlik uzunluğa malik olan elektromobil olacaqdır.
İlk dəfə Rocketman 2012-ci ildə konsept statusunda debüt edib. O zaman, kiçik şəhər avtomobilinin Peugeot Citroen PSA konserni ilə birlikdə buraxmaq nəzərdə tutulurdu. Fransızların layihədən imtina etməsindən sonra, alman konserni bu layihəni arxivə göndərmək qərarını qəbul etmişdi. Deyəsən, almanlar Rocketman layihəsini yenidən dirçəltmək qərarına gəliblər və bu dəfə tərəfdaş kimi çin istehsalçısı Great Wall konsernini seçiblər. Hər halda “Autocar” dərgisi belə deyir.
Mini Rocketman modelinin çin istehsalı olan Ora R1 elektrokarının platforma və güc aqreqatlarına sahib olacağı söylənilir. Məlumdur ki, Ora R1 48 qüvvəli elektrik mühərriki və 33 kilovat-saatlıq batareyaya sahibdir. Çox güman ki, ingilislər bu tandemi bir qədər də təkmilləşdirəcəklər. Yeni Rocketman modelinin isə 2022-ci ildə işıq üzü görəcəyi ehtimal edilir. İlkin məlumata görə, Mini Rocketman global model olmalıdır.