MINI şirkəti, ALL4 tam ötürməli çəkiş sistemi ilə təchiz edilmiş Clubman avtomobilinin yeni nəslini təqdim etmişdir. Tam çəkişli Clubman modelinin rəsmi təqdimat mərasimi aprel ayında baş tutacaq Nyu-York avtomobil sərgisində keçirləcəkdir. Adi vəziyyətdə avtomobil öndən çəkişli olur. Lazım gəldikdə isə, gücün paylanması və ikitərkibli kardan valı vasitəsi ilə, mühərrikin fırlanma anı arxa oxda yerləşdirilmiş beşinci nəsil elektrohidravlik çoxdiskli Haldex muftasına ötürülür. Oxşar sxem BMW 2-Series Active Tourer avtomobilində də tətbiq edilir. MINI Clubman modelinin tam çəkiş sisteminin idarəetmə bloku stabilləşdirmə sisteminə cavabdeh olan elektronika ilə birgə çalışır.
Eninə və uzununa sürətlənməni, sükanın və akseleratorun vəziyəttini qeydə alan sistem, təkərlərin yerində fırlanması təhlükəsini görərsə, fırlanma anını yol səthi ilə ən yaxşı təması olan təkərə ötürə bilər.
Bundan əlavə, tamçəkişli universal ön differensialı imitasiya edən funksiya ilə də təchiz edilmişdir. Misal üçün, sistem döngələrdə əyləc mexanizmlərini işə salaraq təkərlərin birini yavaşlada bilir.
ALL4 təm çəkiş sistemi 2,0-litrlik turbomühərriklərlə təchiz edilmiş Clubman modelləri üçün nəzərdə tutulmuşdur. Bunlar, 192 at qüvvəli benzin, və 190 at qüvvəsi ilə 400 Nm fırlanma anı olan dizel mühərrikidir.
Benzin mühərriki altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birləşdirilə bilər. Dizel variantı isə ancaq avtomatik sürətlər qutusu ilə təchiz edilir.