Mini şirkəti yeni MINI Yours Customised xidmətini işə salıb. Bu xidmət avtomobil sahiblərinə 3D çapı lazer naxış açması vasitəsi ilə dekorativ elementləri fərdiləşdirmək imkanı verəcəkdir. Xidmətin köməyi ilə qapı panelləri üçün, yan əlavələrdəki və kandar lövhələrindəki, həmçinin mərkəzi konsoldakı işləmələrin naxışlarını yaratmaq mümkündür. Bu xidmət köhnə və yeni modellər üçün əlçatandır.
Hər bir elementin xarici görkəmi onlayn-konfiquratorun köməyi ilə yaradılır.
Bundan sonra, məlumatlar rəqəmsal formatda BMW şirkətinin Almaniyadakı zavodlarının birinə göndərilir və gərək olan detallar bir həftə müddətində hazırlanır.Bu elementləri sərbəst şəkildə və ya Mini markasının servis stansiyalarında quraşdırmaq olar.
Hər bir element üçün kateqoriyalara bölnmüş naxışların, rənglərin və ikonkaların bir neçə variantı mövcuddur. İstifadəçilər fərdi yazılarını da əlavə edə bilərlər. Yaradılmış dizaynı sosial çəbələrdəki digər istifadəçilərlə bölüşmək də mümkündür. Mini avtomobillərinin Azərbaycandakı populyarlığını nəzərə alaraq, Mini markasının yerli təmsilçisi olan İmproteks Motors şirkətinin sifarişlərdən korluq çəkməyəcəyini söyləmək olar.