Mini şirkəti 1 iyul tarixində Münhendə keçirilmiş DLD Summer konfransında Vision Urbanaut konsertini nümayiş etdirib. Bu dəfə Britaniya istehsalçısı 2020-ci ilin noyabrında olduğu kimi virtual modeli deyil, tamölçülü maketi göstərib. İngilis markası üçün prinsipcə yeni olan avtomobil, elektrik güc qurğusu və "gələcəyin şəhərlərinin ehtiyaclarını qarşılayan" interyer-qonaq otağı olan kompaktven-transformerdir.

Avtomobili yaradanların əsas məqsədi insanın şəxsi məkanını avtomobilə köçürmək və orada mənzildəki kimi rahat mühiti yaratmaq olub. Onlar bu fəlsəfəni, hər biri salonun müxtəlif parametrlərini və konfiqurasiyasını özündə cəmləşdirən üç rejimin köməyi ilə həyata keçiriblər.

Məsələn, Chili rejimində avtomobili istirahət zonasına çevirilir: arxa oturacaq üfüqi vəziyyətə qədər qatlanır, yuxarıdakı işıqlandırma meşə bitkilərini təqlid edən rejimə keçir, salonun mərkəzindəki dairəvi element qatlanaraq stolüstü lampaya çevrilir, ön panel isə aşağı endirilərək taxt formasını alır.

Vibe rejimində mərkəzi ekran əyləncə-məlumat sisteminin idarəetmə elementinə çevrilir. Klub atmosferini yaratmaq üçün, kuzovun və təkərlərin səthinə qrafiki ekvalayzerlərin animasiyası proyeksiya edilir.

Wanderlust rejimində avtomobil əl və ya avtomatik rejimdə idarə olunacaqdır. Böyük ehtimalla, yeni miniven avtopilot sistemi ilə təchiz ediləcəkdir, lakin onun hansı səviyyəyə malik olacağı barədə məlumat yoxdur. Sükan və pedallar Mini loqosuna toxunduqdan sonra irəli çıxırlar. Mərkəzi ekranda isə, marşrut boyunca yerləşən maraqlı obyektlər də daxil olmaqla, səyahət barədə məlumatlar göstəriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tərtibatda istifadə olunan bütün materiallar oqranik və dəyişdiriləndirlər – bunun sayəsində onların istismar müddətini uzatmaq mümkündür. Salonun tərtibatında istifadə edilən əsas material, təkrar emal materiallarından hazırlanmış tekstildir. Sükan çarxı və döşəmənin bəzi hissələrində təkrar emal edilmiş mantar palıdından istifadə olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.