MINI şirkəti Cooper hetçbekinin üçüncü nəslinin açıq modifikasiyasının «bərkgedən» versiyasını - John Cooper Works’ü (JCW) təqdim etmişdir. Yeni kabriolet, təqdimatı 2015-ci ilin yanvarında baş tutmuş MINI Cooper JCW hetçbekindən tanış olan 231 at qüvvəli mühərriklə təchiz edilir. Yeni kabriolet sələfi ilə müqayisədə 27 at qüvvəsi daha güclüdür. Altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışan 2,0-litrlik dörd silindirli turbomühərrik kabrioleti saatda 100 kilometr sürətinə 6,6 saniyəyə çatdırır. Opsional altı diapazonlu Steptronic «avtomat» ilə təchiz edilmiş MINI Cooper JCW Convertible bu işə 6,5 saniyə sərf edir. Avtomobilin maksimal sürəti 242 km/saatdır.
Kabrioletin yumşaq damı 30 km/saat həddinə qədər sürətdə 18 saniyəyə açılıb-bağlanılır. Avtomobilin baqaj bölümünün həcmi damın vəziyyətindən aslı olaraq 215 (bağlı) və 160 (açıq) litrdir.
MINI şirkətindən bildirilənlərə görə, damın qatlanması mexanizmi daha səssiz işləyir. Avtomobilin standart təchizatına işıq diodlu ön fənərlər, «idman» buraxılış sistemi, EDLC differensialın blok edilməsinin elektron imitasiyası, Brembo əyləc mexanizmləri, parktronik, hərəkət rejimlərinin seçilməsi sistemi və Radi MINI multimedia sistemi daxildir.
Əlavə avadanlıq olaraq, adaptiv amortizatorları, proнeksiya displeyini, avtomatik parketmə sistemini və 18-düymlük diskləri sıfariş etmək olar.