Bu Ferrari 12Cilindri modeli bir minik avtomobilinin qiymətinə əldə edilə bilər, lakin bir nüans var. İş ondadır ki, bu Ferrari 1:8 miqyasında hazırlanıb və onun qiyməti 18,220 dollardan başlayır. Məsələn, ABŞ-da bu məbləğə Mitsubishi Mirage avtomobilini almaq olar. Əsl Ferrari 12Cilindri superkarına gəlincə isə, onun qiyməti 500 min dollardan başlayır.

Ferrari 12Cilindri modelinin kiçildilmiş surətinin yaradılmasına avtomobillərin yüksək detallı miqyaslı modellərinin yaradılması üzrə ixtisaslaşmış Britaniyanın Amalgam şirkəti cavabdeh olub. Eksteryer və interyer ən xırda təfərrüatları ilə yenidən yaradılıb - buna üç min saatdan çox vaxt sərf edilib. Kuzov orijinal Rosso Imola qırmızı rənginə boyanıb, interyer isə, qırmızı təzadlı tikişləri olan Blu Sterling rəngində tərtib edilib. Kiçik rəqəmsal ekranlarda əks olunan məlumatı görmək olar, qapılarda isə, hətta kiçik kilidlər var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin superkarın V12 mühərrikinin surəti göstərilməyib - yəqin ki, miqyaslı modeldə belə bir element olmayacəq. Miqyaslı Ferrari 12Cilindri modeli cəmi 398 nüsxədə istehsal olunacaq ki, onlardan 199 ədədi açıq üstlü olacaq. Bundan başqa, Amalgam şirkəti fərdiləşdirmə xidmətlərini də təklif edir, lakin belə bir miqyaslı superkar ən azı 25,510 dollara başa gələcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.