Kaliforniyada yerləşən Misha Desingns atelyesi Ferrari 488 GTB superkarı üçün nəzərdə tutulmuş tüninq proqramını təqdim etmişdir. Tünerlər superkarın aerodinamikası üzərində ciddi şəkildə işləmişdirlər. Nəticədə, superkarın aerodinamik elementrləri LaFerrari superhibridinin FXX K adlı trek varianytını ilə oxşarlığa malik olmuşdurlar.

Təkmilləşdirilmələr dəsti iki variantda hazırlanmışdırlar ki, onları da yalnız arxa hissənin tərtibatına görə seçmək mümkündür.  «Adi» variantda kiçik spoyler quraşdırılsa da, adaha aqressiv variant karbondan hazırlanmış iri antiqanadın quraşdırlmasını nəzərdə tutur. Eyni zamanda, avtomobilin ön spletteri, hava girişləri və xüsusi aerodinamik elementləri olan yan «ətəklər» və iri arxa diffuzor da karbondan hazırlanmışdır. Dəstin digər elementləri və «formulasayağı» mərkəzi stop-siqnal ilə birlikdə o, FXX K modelinin arxa hissəsini xatırladır. Bundan başqa tünerlər, avtomobilin arxa hissəsini 7,6 santimetr geniçləndirən iri təkər tağlarından da istifadə etmişdirlər. Misha Designs tərəfindən hazırlanmış dəstlərin sayı 20 ədədlə məhdudlaşdırılmışdır. Artıq sifarişlər qəbul edilir və dəstlərin çatdırılmasına bu ilin yazında başlanacaqdır.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt