Mitsubishi şirkəti gələn ay işinə başlayacaq Cenevrə avtosalonunda yenilənmiş ASX krossoverini nümayiş etdirəcək. Krossover dəyişdilimiş zahiri görkəmə, genişləndirilmiş avadanlıq və rəng çeşidinə sahib olacaqdır.
Yenilənmiş Mitsubishi ASX modelinin dizaynı özündə radiator barmaqlığının X-şəkilli haşiyəsini və nazik formal ön fənərləri cəmləyən Dynamic Shield konsepsiyasına uyğun olaraq tərtib edilib. Krossoverin seçilən cəhətləri dönmə işıqları ilə birləşdirilmiş duman əleyhinə fənərlərin şaquli bölmələri, daha həcmli kapot və LED bölmələri olan fənərləridir.
Krossoverin salonunda 8-düymlük sensorlu displeyi və TomTom naviqasiyası olan, həmçinin smartfonlarla sinxronlaşdırılması yaxşılaşdırılmış yeni multimedia sistemi peyda olub. Bir müddət sonra, istehsalçı məsafədən avtomobil haqqında məlumatı əldə etmək istəyən tətbiqi də təqdim edəcəkdir. Bundan başqa, ASX modelinin rəng çeşidinə Red Diamond, Sunshine Orange və Oak Brown boyaları da daxil edilib.
Yenilənmiş Mitsubishi ASX modeli Avropada 150 at qüvvəsi hasil edən 2,0-litrlik MIVEC2 mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatı beş pilləli mexaniki qutu və ya NVECS3-III variatoru ilə tandemdə çalışacaqdır. Krossover öndən və tam çəkiş sistemləri ilə təchiz ediləcəkdir.