Mitsubishi şirkəti Cakartada keçirilən avtosalonda Xpander adlı yeni modelini nümayiş etdirib. Yeddi nəfər üçün nəzərdə tutlan salona malik olan avtomobili istehsalçı "krossven" adlandırır.
20 santimetrlik klirensə və krossoverlərə xas olan dizayn elementlərinə sahib olan modelin qabarit uzunluğu 4475 millimetr, eni - 1750 millimetr, hündürlüyü isə 1700 millimetrə bərabərdir. Yeddi nəfər üçün nəzərdə tutulan salonda üç oturacaq cərgəsi quraşdırılıb. İkinci cərgənin oturacaqları 60:40, üçüncü cərgəninki isə 50:50 nisbətində qatlanırlar. Bundan əlavə, ikinci cərgənin orta oturacağını qatlayaraq iri diskəkaltına çevirmək mümkündür.
Avtomobilin salonunda şüşələr üçün nəzərdə tutulan 16 tutacağı, ön paneldəki gizli əşya bölməsini, 12 voltluq rozetkanı, hər oturacaq cərgəsində smartfonlar üçün bölmənı, həmçinin ön sərnişinlər üçün səkkiz arxa sərnişinlər üçün dörd tənzimlənməsi olan klimat-kontrolu görmək mümkündür. Yaponlar avtomobilin "rahatlığı və ofroderlərə məxsus olan texniki xarakteristikaları özündə cəmləşdirən universal miniven" adlandırıblar.
Yeni modelin 105 at qüvvəsi hasil edən 1,5-litrlik benzin mühərriki və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Alternativ olaraq dörd diapazonlu avtomatik ötermələr qutusunu da seçmək mümkündür. Mitsubishi Xpander yanlız öndən çəkiş sistemi ilə təklif edilir.
Modelin istehsalı Mitsubishi Motors şirkətinin İndoneziyadakı zavodunda yerləşdiriləcəkdir. Yerli bazarda avtomobil bu ilin payızından satışa çıxarılacaqdır. Avtomobil 189050000 indoneziya rupisinə (24865 AZN) satılacaqdır. Xpander top variantı üçün 245350000 rupi (31067 AZN) tələb olunur.