Mitsubishi şirkəti mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdirəcəyi konsept barədə məlumat verib. Mitsubishi Engelberg Tourer adlandırılan elektrik krossoveri İsveçrədəki Engelberq dağ-xizək kurortunun şərəfinə adlandırılıb.
Tizerdən də göründüyü kimi, konsept Dynamic Shield üslubunda hazırlanmış eksteryerə sahib olacaqdır. Bu üslubun xarakterik cəhətləri ön tərəfin X-şəkilli dekoru, gündüz hərəkət işıqları və əsas fənərlərin dolğun formasıdır. Konsept barədə əlavə məlumat verilməyib. Çox güman ki, bu konsept növbəti nəsil Outlander modelinin carçısıdır.