Mitsubishi şirkəti ASEAN ölkələrində (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təklif etdiyi model xəttini inkişaf etdirmək niyyətindədir. Hələlik yapon istehsalçısı Vyetnamda “strateji əhəmiyyətli qlobal modelə” çevriləcək gələcək seriya krossoverinin carçısını təqdim edib. Yenilik XFC adlanır və konsept statusunda debüt edib, onun “əmtəə” versiyası isə, 2023-cü maliyyə ilində (2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər) gözlənilir.
Mitsubishi XFC Concept prototipi Dynamic Shield korporativ dizayn üslubunda hazırlanmış yığcam beşyerli krossoverdir. Onun xüsusiyyətləri arasında T formalı ön və arxa optika, yan tərəflərdəki ştamplamalar və genişləndirilmiş təkər tağları var.
Salonda virtual cihazlar panelini və multimedia sisteminin displeyini birləşdirən vahid panel quraşdırılıb. Daha iki ekran ön dayaqlarda yerləşir - onlar xarici kameralarından alınan görüntüləri əks etdirirlər. Ön oturacaqlar güclü yan dəstəklərinə malikdirlər və arxa divan kimi, sarı vurğuları olan boz rəngdə tərtib ediliblər.
Konsepsiyanın texniki xarakteristikaları açıqlanmayıb. Şirkət yalnız krossoverin “müxtəlif hava və yol şəraitində əyləncəli, təhlükəsiz və etibarlı gedişi” təklif etdiyini bildiriblər.
Onun yüksək klirensi və hərəkət rejimlərinin seçilməsi sistemi var: Normal, Wet (Yaş), Gravel (Çınqıl) və Mud (Palçıq) kimi dörd ilkin preset mövcuddur. Wet preseti, tropik leysanların adi hala çevrildiyi Asiya ölkələrində istifadə üçün xüsusi olaraq hazırlanıb.
Mitsubishi şirkətinin hazırkı ASEAN ölkələrində təklif etdiyi model xəttinə Triton pikap, Pajero Sport, Outlander və Outlander PHEV, Xpander və Xpander Cross krossoverləri, həmçinin yığcam Mirage hetçbek və Attrage sedanı daxildir. Mitsubishi şirkəti XFC krossoverinin elektrik versiyasının buraxılacağını da bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.