Mitsubishi D:X konsept miniveninin ictimai təqdimatı oktyabrın 26-da Japan Mobility Show sərgisində baş tutmalıdır. Yapon istehsalçısı hələlik yeni minivenin şəkillərini dərc etməklə kifayətlənib. Miniven-krossoverin salon quruluşuna xüsusi diqqət yetirilib: bütün sərnişin oturacaqları həm uzununa, həm də eninə tənzimlənə, həmçinin öz oxu ətrafında fırlana bilirlər.
Avtomobil məkanvari çərçivəyə əsaslanır və təkrar doldurulan hibrid güc qurğusuna malikdir. Miniven tamötürməlidir. D:X miniveninin texniki hissəsi haqqında məlum olan hələlik bunlardır. O, MPV-krossover kimi mövqeləndirilir, yəni miniven praktikliyini krossoverin ofroud imkanları ilə birləşdirir. Yüksək klirensi, ofroud şinlərini, kuzovun dairəvi müdafiə dəstini və damda quraşdırılmış baqaj bölməsini nəzərə alsaq, minivenin səyahət və ekspedisiyalar üçün nəzərdə tutulduğu aydın olur.
Mitsubishi konseptin "son dərəcə geniş interyerə" malik olacağını vəd edir. İndi salonun altı nəfər üçün nəzərdə tutulduğu və hər bir oturacaq (sürücü oturacaöı istisna olmaqla) bütün istiqamətlərə, o cümlədən sərnişinlərin üz-üzə oturması üçün dönmə də daxil olmaqla, tənzimlənə bilər. Minivenin premium Yamaha audio sistemi və səs köməkçisi ilə təchzi ediləcəyi bildirilib.
Əvvəllər, gələcəkdə D:X konseptinin məşhur Delica D:5 modelinin yeni versiyasına çevrilə biləcəyi ehtimal edilirdi. Mətbuat açıqlamasında Delica haqqında bəhs edilsə də, hələlik bunun təsdiqi yoxdur. Mitsubishi yeni konsept haqqında ətraflı məlumatı Japan Mobility Show sərgisində açıqlayacaq, burada konseptual minivendən əlavə, Yaponiya bazarı üçün nəzərdə tutulmuş altıncı nəsil L200 pikapı da nümayiş etdiriləcək. Xatıqladaq ki, pikapın qlobal təqdimatı yayda Taylandda keçirilib - model burada Triton adı ilə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.