Mitsubishi Motors Corporation və onun Malaziya nümayəndəliyi olan Mitsubishi Malasiya şirkəti rəsmi olaraq Mitsubishi Triton pikapının Knight («Cəngavər») adını almış xüsusi modifikasiyasını təqdim etmişdir. Azərbaycan bazarında Mitsubishi L200 kimi tanınan pikap çoxlu sayda əlavə aksessuarlar əldə etmiş və artıq pikapın sifarişlərinin qəbuluna başlanmışdır. Xüsusi modifikasiya pikapın standart variantı olan yeni nəsil Triton VGT Adventure modelinin bazasında hazırlanmışdır. Bu variant avtomobilin ən dəbdəbəli və bahalı variantı sayılır.

Mitsubishi Triton Knight modifikasiyası tutqun qara rənli radiator barmaqlığı, yüngül ərintilərdən hazırlanmış unikal 17-düymlük təkər diskləri, tutqun qara rəngli bamperlər, fərqləndirici loqotip, baqaj hissəsinin xüsusi qapağı və işıqdiodlarından gündüz hərəkət işıqları olan ksenon fənərlər ilə təchiz edilmişdir.

Bundan əlavə, pikapın təchizatına «açarsız giriş» sistemi, mühərrikin düymə ilə işə salınması, iki zonalı klimat-kontrol, sensorlu ekranı olan mültimedia sistemi, seçilən tikişləri olan dəri oturacaqlar və arxa görüntü kamerası daxil edilmişdir.

Texniki cəhətdən avtomobil dəyişməz qalmışdır. Mitsubishi Triton Knight 178 at qüvvəsi və 400 Nm fırlanma anı olan 2.5 DI-D VGT dizel mühərriki ilə hərəkətə gəlir. Dizel güc aqreqatı beş pilləli mexaniki sürətlər qutusu və tam ötürməli çəkiş sistemi ilə birlikdə çalışır.

Image alt Image alt Image alt