Mitsubishi şirkəti 46-cı Tokyo avtosalonunda nümayiş etdirəcəyi yığcam krossoverin tizerini dərc edib. Tizerə krossoverin arxa hissəsinin bir fraqmenti əks olunur.
Adı açıqlanmamış konseptual krossover hibrid güc qurusu ilə tərəkətə gələcəkdir. Arxa oxda quraşdırılan elektrik mühərriki sayəsində tam ötürməli çəkiş təmin ediləcəkdir. Bundan başqa, tizerdə karbondan hazırlanmı panellərin üzərində quraşdırılmış dörd havalandırma nöqtəsi görmək olar. Krossover haqqında başqa məlumat verilməyib.