Mitsubishi 2024-cü ildə Outlander krossoverinin "qaynar" versiyasını buraxmağı planlaşdırır. Belə versiyanın yaradılması üzərində dirçəldilmiş Ralliart bölməsi işləyir. Hazırda bu bölmə texniki hissəyə toxunmadan yalnız aksesuarlar paketini istehsal edir. Yapon BestCarWeb nəşrinin məlumatına görə, krossoverin "bərkgedən" versiyası Outlander PHEV modifikasiyasına əsaslanacaqdır.

Mitsubishi Outlander PHEV modelinin plagin hibrid güc qurğusunun ümumi hasilatı 290 at qüvvəsinə qədər artırılacaqdır. Hazırlda tərkibinə iki elektromotor və 2,4-litrlik atmosfer mühərriki daxil olan güc qurğusunun ümumi hasilıatı 248 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edir. Yenidən doldurulan hibriddən əlavə, dördüncü nəsil Outlander daha iki güc qurğusu ilə təklif edilir, lakin insayderlərin fikrincə, PHEV modifikasiyası “bərkgedən” krossoverin əsasını təşkil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, Ralliart ustaları Outlander modelinin asqısını gücləndirəcək və kuzovunun sərtliyini artıracaqdır. Eksteryer tərtibatına gəlincə, Ralliart versiyası keçən ilin əvvəlində Tokyo avtosalonunda nümayiş etdirilən Vision Ralliart konseptinin üslubunda görünüşə sahib olacaqdır.

"Bərkgedən" şou avtomobili böyüdülmüş, bamperlərə, diffuzora, genişləndirilmiş qanadlara və xüsusi tutqun kuzov rənginə sahib idi. Konseptin təchizatına 22-düymlük təkər diskləri, böyük əyləc diskləri və altı porşenli supportlar da daxil idi. Ralliart tərəfindən təkmilləşdirilmiş Outlander modelinin satışlarına 2024-cü ildə başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.