Mitsubishi Motors Yaponiyada Pajero ofrouderinin satışlarına son verir. İstehsalçı model ilə vidalaşmaq üçün 700 nüsxədə məhdud saylı tirajla Final Edition seriyasını buraxacaqdır. Pajero Final Edition modelləri zənginləşdirilmiş standart təchizata sahib olacaq və hər bir ofrouderin sahibinə Mitsubishi loqotipi olan Citizen saatı hədiyyə ediləcəkdir.
Mitsubishi Pajero Final Edition modelinin təchizatına reylinqlər, elektrik lyuk, dəri ilə üzlənmiş oturacaqlar, klimat-kontrol və işıqlandırılan kandar lövhələri daxildir. Kuzovu dörd rəngə boyamaq olar: mirvari-ağ, gümüşü, qara və ikirəngli (açıq aşağı və tünd yuxarı hissə).
Vida versiyası 190 at qüvvəsinə malik olan 3,2-litrlik dizel mühərriki və beşpilləli avtomatik qutu ilə təchiz ediləcəkdir. Ötürmə - arxa differensialın qapanması olan tam çəkiş sistemidir. Hər bir ofrouder Final Edition yapışdırmaları və Citizen kolleksiya saatı təchiz ediləcəkdir. Vida seriyasından olan ofrouder 40,5 min dollara satılacaqdır.