Mitsubishi şirkəti, bu ilin oktyabr ayında işinə başlayacaq Paris avtosalonunda nümyiş etdirməyi planlaşdırdığı Ground Tourer adlı konseptual krossoverinin ilk tizerini dərc etmişduir. Yeni prototipin hibrid və yaxud tam elektrik güc aqreqatı ilə təchiz ediləcəyi ehtimal edilir. Bununla belə, yapon istehsalçısı yeni konsept barədə heç bir açıqlama verməmişdir.

Yapon şirkətindən yeni konseptin XR-PHEV II və eX Concept prototiplərinin ideoloji davamçısı olduğu bildirilmişdir. Adı çəkilən konseptlər 2015-ci ildə müvafiq olaraq Cenevrə və Tokio avtosalonlarında nümayiş etdirilmişdilər.

İlk prototip benzin-elektrik güc aqreqatı ilə təchiz edilmişdir ki, bu aqreqatın da tərkibinə daxili yanacaq mühərriki və 163 at qüvvəsi gücü olan elektromotor, həmçinin12 kilovat-saat tutumu olan litium-ion batareyalar dəsti daxil idi.

İkinci konsept isə tamamilə elektrik enerjisi iləı hərəkətə gəlirdi və 400 kilometr məsafə qət etmək iqtidarında idi.