Mitsubishi şirkəti L200 pikapının yeni nəslinin təqdimat tarixini açıqlayıb. Yeni pikap 9 noyabr tarixində debüt edəcəkdir. Bu tarix təsadüfi seçilməyib 40 il bundan öncə pikapın ilk nüsxəsi buraxılmışdır.
Bir müddət bundan öncə, Mitsubishi şirkəri yenilənmiş L200 pikapının ilk təsvirini yayıb. Dərc edilən fotoşəkildən göründüyü kimi, pikap Dynamic Shield firma üslubunda hazırlanmış ön hissəyə malik olacaqdır. Bu üslub nazik ön fənərlərin,Eclipse Cross modelində olduğu kimi iri duman əleyhinə işıqların və yeni radiator barmaqlığının mövcudluğundan xəbər verir. lkin məlumata görə, Mitsubishi L200 modelinin bamperləri və salonu da dəyişikliklərə məruz qalıbdır.
Pikapın mühərrik çeşidi əvvəlki kimi 132 at qüvvəli 2,4-litrlik benzin mühərrikindən və 181 at qüvvəli 2,4-litrlik, həmçinin 110,128, 136 və 178 at qüvvəsi variantlarında təklif edilən 2,5-litrlik dizel mühərriklərindən ibarət olacaqdır.
Transmissiyalara gəldikdə isə, pikap beş və altı pilləli mexaniki, həmçinin beş diapazonlu avtomatik ötürmələr qutusu ilə təklif ediləcədkir. Yenilənmiş Mitsubishi L200 modeli iki növ tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. Bunlardan birincisi qoşulan ötürməyə malik olan oxlararası differensialsız Easy Select sistemi, digəri isə, üç differensialı və dörd rejimi olan daha qabaqcıl Super Select sistemidir.