Yenilənmiş krossover Yaponiya, Avropa, ABŞ və bir sıra digər bazarlarda satılacaq. O, tutumu artrılmış dartma batareyasını, gücləndirilmiş 2,4-litrlik mühərriki və aşağı ön qolların hidravlik vtulkaları olan təkmilləşdirilmiş asqını alıb. Pasporta əsasən, Outlander PHEV modelinin yanacaq sərfiyyatı 100 kilometrə cəmi 0,8 litr təşkil edəcək.

Yenilənmiş Mitsubishi Outlander PHEV bu payızda Yaponiya bazarına çıxacaq, 2025-ci ilin yazında isə, yenilənmiş model Avropanın 20 ölkəsində satış debütü edəcək.

Qeyd etmək gərəkdir ki, krossoveri yenilənmədən əvvəlki Outlander modelindən ayırmaq çox çətin olacaq, çünki dəyişikliklər əsasən güc qurğusu və avadanlıq siyahısında baş verib.

Məsələn, Bose audio sisteminin əvəzinə Yamaha şirkətinin Dynamic Sound (Xforce modelində olduğu kimi) səs sistemi quraşdırılıb və oturacaqlara havalandırma funksiyası əlavə edilib. Multimedia sisteminin smartfonlarla inteqrasiyası da yaxşılaşdırılıb.

Güc qurğusunun sxemi əvvəlki kimi qalıb. Əvvəllər 133 at qüvvəsi və 195 Nm fırlanma anına malik olan 2,4-litrlik atmosfer mühərrikinin Avropa spesifikasiyasının hasilatı 136 at qüvvəsi və 203 Nm-ə qədər artırılıb. Elektrik mühərriklərinin hasilatı dəyişməyib: öndə 116 at qüvvəsi və 255 Nm, arxada isə, 136 at qüvvəsi və 195 Nm.

Amma dartma batareyasının tutumu 20 kilovat/saatdan 22,7 kilovat/saata yüksəldilib, lakin bu, yürüş ehtiyatına heç bir təsir göstərməyib. Yenilənmiş Outlander PHEV, sələfi kimi elektrik dartması ilə eyni 86 kilometr məsafə qət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmədən əvvəlki yapon/amerikan krossoveri ilə müqayisədə yenilənmiş Avropa versiyasının yanacaq çəninin tutumu üç litr azalıb - 56-dan 53 litrə qədər. Pasporta üzrə, Outlander PHEV 100 kilometrə cəmi 0,8 litr yanacaq sərf edir, odur ki, dolu çən və batareyalar ilə 844 kilometrə qədər məsafə qət edə bilər.

100 km/saata sürətlənmə 7,9 saniyə çəkir. Maksimal sürətə gəldikdə isə, yalnız EV rejimindəki göstərici məlumdur - 135 km/saat. Hibrid krossoverin təchizatına yeddi idarəetmə rejimi, S-AWC dartmaya nəzarət sistemi və təkərlərin selektiv əyləclənməsi ilə həyata keçirilən aktiv AYC dolanbac hərəkətə nəzarət sistemi daxildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.