Oktyabr ayında Tokyoda keçiriləcək avtosalonda Mitsubishi Motors şirkəti e-Evolution adlı “bayraqdar konsept avtomobilini” təqdim edəcəkdir. Prototipin seriya variantı Mitsubishi Lancer Evolution sedanının ideoloji davamçısı olacağı ehtimal edilir.
İstehsalçı yeni avtomobil barədə heç bir məlumat verməyib. 2016-cı ildə istehsalına son verilmiş Mitsubishi Lancer Evolution modelinin davamçısının “tam çəkişli və elektrik güc qurğusu ilə hərəkətə gələn kupesəkilli krossover” olacağı bildirilib. Bundan başqa, e-Evolution süni intellekt sisteminə sahib olacaqdır ki, böyük ehtimalla, söhbət avtonom idarəetmə sistemindən gedir.
2014-cü ildə Mitsubishi nümayəndələri Lancer Evolution modelini “qaynar” krossoverlə əvəzlənəcəyini bildirmişdirlər. Model MiEV Evolution yarış elektromobilindən alınmış texnologiyalarla və Super All Weel Control tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. 2005-ci ildə yapon istehsalçısı dörd elektromotora malik olan Lancer Evolution MiEV modifikasiyasını nümayiş etdirmişdi.

Mitsubishi Lancer Evolution MIEV