Mitsubishi Xpander miniveni Cross versiyasına sahib olub. Xpander Cross adi minivendən ölçüləri, təkər tağları və kandarlarında quraşdırılmış palstikdən örtmələri və damdakı reylinqləri ilə seçilir.

Cross modifikasiyası adi Xpander modelindən 50 mm enlidir. Modelin klirensi də 20 mm artaraq 225 mm bərabər olub. Xpander Cross modeli də adi miniven kimi 105 at qüvvəsi hasil edən 1,5-litrlik mühərrik ilə hərəkətə gəlir. Ötürmə - öndənçəkişlidir.

Image alt Image alt Image alt Image alt

Mitsubishi Xpander Cross modelinin təchizatına kruiz-kontrol, proqramlaşdırılan “Salamlama” və “Evə qayıtma” işıqlandırması və kondisioner daxil edilib. İkinci cərgənin oturacaqlarının 60:40, üçüncü cərgəni isə 50:50 nisbətində qatlamaq olar. Bundan başqa, ikinci cərgənin orta oturacağının kürək hissəsini qatlayaraq iri dirsəkaltına çevirmək mümkündür.

Xpander Cross modelinin istehsalı Mitsubishi şirkətinin İndoneziyanın Çukarange şəhərindəki zavodunda təşkil edilibdir. Yeni modelin satışlarına bu gün start verilib. Sonradan modelin satış coğrafiyası genişləndiriləcəkdir.