Mitsubishi Motors şirkəti Japan Mobility Show sərgisi üçün bir neçə yenilik hazırlayıb. Şirkətin stendindəki ən maraqlı eksponat isə, kemper qoşqusu olan Elevance konsepti olub. Bu futuristik konsept yeni nəsil Mitsubishi Pajero Sport modeli üçün ilham mənbəyi ola bilər.

Prototipin xarici görünüşündə şirkətin firma Dynamic Shield dizayn üslubunun yeni versiyasından istifadə olunub: odur ki, bu üslubdan təkcə növbəti nəsil Pajero Sport ofrouderində deyil, həm də gələcək Mitsubishi krossoverləri və ofrouderlərində tətbiq oluna bilər. O, nazik işıqlandırma texnikası, ön tərəfdəki LED zolaqlar, çıxıntılı kuzovu, kvadrat təkər tağlarının örtmələri və təsiredici klirensi ilə fərqlənir.

Prototip oxşar üslubda görünüşə malik olan qoşqu ilə tamamlanıb: həmin möhkəm konstruksiya, böyük təkərlər və təsiredici klirens. Onun daxilindı iki nəfərlik geniş çarpayı, saxlanc bölmələri, yığcam mətbəx, ətraf işıqlandırması və duş var.

Üç sıralı, altı nəfərlik salon tamamilə düz döşəməyə malikdir, ön oturacaqlar isə, qonaq otağına bənzər bir sahə yaratmaq üçün geriyə dönə bilərlər. Ön paneldəki üç displey sütundan sütuna qədər uzanır, dördüncü ekran isə, sükan çarxında yerləşir. Mərkəzi konsoldakı dönən açar hərəkət rejimlərini dəyişdirməyə imkan verir, süni intellekt isə, vəziyyətdən asılı olaraq ən uyğun tənzimləmələri tövsiyə edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qoşulan hibrid güc aqreqatının tərkibinə bioyanacaqla işləyən daxili yanma mühərriki və Super-All-Wheel Control (S-AWC) tam ötürmə sisteminin dörd elektrik mühərriki daxildir. Batareya açıq havada  istirahət üçün kifayət qədər enerjini təmin etməlidir. Konkret rəqəmlər səsləndirilməyib, lakin "həyəcanverici xarakteristikalar", həm şəhərdə, həm də asfalt yollardan kənarda rahat idarəetmə vəd edilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.