Mitsubishi şirkəti Tailandın paytaxtı Banqkok şəhərində yenilənmiş L200 pikapını təqdim edib. Yenilənmiş pikapın debütünü modelin ilk nüsxəsinin buraxılışının 40 illik yubileyinə həsr ediblər.
İstehsalçı L200 modelinin konstruksiyasına 2400 dəyişikliyin edildiyini iddia edir. Yenilənmiş Mitsubishi L200 modelinin ön hissəsinin dizaynı Eclipse Cross krossoverinin və Xpander miniveninin dizayn üslubunda tərtib edilmişdir. Pikapın ön işıq texnikası «iki mərtəbəli» üslubdadır. Nazik formalı fənərlər və gündüz hərəkət işıqları ikinci, dönmə və duman əleyhinə fənərlər isə birinci «mərtəbədə» yerləşdiriliblər. Təkər tağlarının forması da düzbucaqlı şəkildədir.
Pikapın arxa hissəində də yeniliklər vardır: arxa fərələr daha sadə və düzbucaqlı formaya malik olublar. Bununla belə, Mitsubishi L200 modelinə xas olan kabina və yük platformasının arasında olan yuvarlaq aralığı qoruyub-saxlayıbdır. Bundan başqa, yeniliklərin arasında daha iri diskləri və güclü supportları olan ön əyləclər, böyüdülmüş arxa amortizatorlar da vardır. Sonuncular gediş rəvanlığını artırmalıdırlar.
Yenilənmiş L200 iki mühərriklə təklif ediləcəkdir. Bunlardan biri 128 at qüvvəli 2,4-litrlik atmosfer benzin mühərriki, digəri isə eyni həcmli yeni turbodizeldir. Dizel mühərriki 181 at qüvvəsinə malikdir. Güc aqreqatları atlı pilləli mexaniki və ya altı diapazonlu avtomatik qutular ilə tandemdə çalışacaqdırlar.
Tam çəkiş sistemi əvvəlki kimi iki variantda təklif ediləcəkdirlər. Standart olaraq, L200 ön oxu sərt şəkildə qoşan Easy Select sistemi ilə təklif ediləcəkdir. Daha mütərəqqi Super Select sistemi ilə təkmillıəşdirilibdir. Sistem artıq Super Select 4WD-II adlanır və fırlanma anını arxa oxun xeyirinə 40:60 nisbətində bölür. Tam çəkiş sistemindən asfaltda istifadə etmək üçün gərək olan oxlararası differensial qorunub-saxlanılmışdır.
Super Select 4WD-II sistemi mərkəzi tonneldəki olan fırlanan şayba vasitəsi ilə idarə olunur.Easy Select sistemi isə əvvəlki qaydada ənənəvi dəstəklə idarə edilir. Üstəlik, yenilənmiş pikaplar stabilizasiya sisteminin yolsuzluq rejiminə və enişə yardım funkisyasına sahib olacaqdırlar.
Əsas yeniliklər isə pikapın avadanlıq siyahısındadır. Artıq pikap geniş sayda elektron yardımçılara malikdir. Onların arasında kor zonalara nəzarət, avtomatik əyləcləmə (piyada və maşınları aşkarlayır), qəfil sürətlənməni xəbərdar edən (sürücü akseleratora basan zamanı öndə maneə olarsa sistem siqnal verir), dayanacaqdan arxa hərəkətlə çıxmaya yardım sistemi, dairəvi görüntü kameraları və avtomatik uzaq işıqları vardır.
Böyük ehtimalla. yenilənmiş Mitsubishi L200 modelinin Azırbaycandakı satışlarına 2019-cu ildə start veriləcəkdir.