Artıq qırx ildir ki, yapon Mitsuoka şirkəti seriya avtomobillərinin bazasında inşa ediləm retrokarların istehsalı ilə məşğuldur. Yapon şirkətinə əsl uğuru 2020-ci ildə model xəttində peyda olmuş ilk krossover gətirib. Mitsuoka Buddy krossoveri Toyota RAV4 modelinin əsasında inşa edilib, ən başlıcası 1980-ci illərin ramalı Chevrolet və GMC ofrouderlərinin üslubunda görünüşə malikdir.
Toyota RAV4 modelinin ön və arxa tərəfi tamamilə dəyişdirilir, lakin salon və texniki hissəsi dəyişilməz qalır. Yaponiyada Buddy krossoveri 42 min dollara satılır. Xatırladaq ki, Toyota krossoverinin vətənindəki satış qiymətləri 24 min dollardan başlayır.
Məlum məsələdir ki, Mitsuoka şirkətinin imkanlarını yapon nəhənglərinin sənaye miqyasları ilə müqyisə etmək olmaz. Lakin Buddy modelinə olan sifarişlərin “yağış kimi yağması”, Mitsuoka şirkətini krossoverin illik 150 nüsxəlik buraxılış tirajını 300 nüsxəyə artırmağa məcbur edib. Buna baxmayaq, satışların başlandığı 2021-ci ilin yayında Buddy modelinə olan növbə 2,5 il təşkil edib və bu günə qədər də qüvvədədir.
Mitsuoka şirkəti yaranmış problemi həll etmək üçün yeganə məntiqli üsula əl atıb. Belə ki, bu günlərdə avtomobillərin müqavilə üzrə yığılmasının təşkil ediləcəyi bildirilib.
Bu işə Tonox (xüsusi təyinatlı texnikanın buraxılması və avtomobillərin bərpası ilə məşğul olur) və Mitsubishu Bus Manufacturing (avtobuslar istehsal edir) cəlb ediliblər. Özü də, sonuncu Mitsuoka şirkətinin fabrikinin yaxınlığında yerləşir. Bu həll sayəsində avtomobilə olan növbə iki il yarımdan … bir il yarıma qədər azalmalıdır.
Eyni zamanda, Mitsuoka Rock Star rodsterinin istehsalının başa çatdığı elan edilib, lakin bu krossoverə olan növbə ilə əlaqədar deyil. Əvvəlcədən “rok ulduzunun” tirajının 200 nüsxədən ibarət olacağı bildirilmişdi, indi isə, modelin debütündən üç il keçdikdən sonra sonuncu rodster buraxılıb.
Mitsuoka Rock Star modeli Mazda MX-5 rodsterinin əsasında inaş edilib və klassik Chevrolet Corvette Stingray modelinin üslubunda görünüşə malikdir. Rodsterin son nüsxəsi solda yerləşən sükanı olan model olub - bu, Kanada bazarı üçün nəzərdə tutulmuş MX-5 rodsterinin bazasında yeganə nüsxədə inşa edilmiş Rock Star 2.0 LHD Only1 Special modelidir.
“Rok ulduzunun” 199 nüsxəsi istehsal olunmazdan əvvəl öz sahiblərini tapıblarsa, yeganə nüsxədə inaş edilmiş rodster hərracda satılacaqdır. Üstəlik, hərrac iştirakçılarını keçiriləcək lotoreya müəyyən edəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.