Mixael Şumaxerin ailə əfsanəvi pilotun sağlamlığını bərpa edəcəyinə ümid edir. Dekabr ayının sonunda dağ kurortunda baş verən o müdhiş hadisənin dörd ili tamam olacaqdır.

Yeddiqat dünya çempionu dağ-xizək trasında xizək sürərəkən başından möhkəm zərbə almışdı. Bir neçə ay komada olan alman pilot hazırda İsveçrədəki evində müalicə alır. Artıq uzun müddətdir ki, Mixaelin vəziyyəti haqqında dəqiq məlumat verilmır. Şaiyələr isə, o qədər də ürəkaçan deyil.

«Mixael düşdüyü uzaq aləmdən işarələr verir. Korinna və onun övladları əvvəlki kimi möcüzəyə ümid edirlər», - Şumaxer ailəsinin dostuna istinadən alman Brunete nəşri bildirib. Mirror nəşrinin bildirdiyinə görə, Mixaelə 24 saat ərzində 15 nəfərlik həkim briqadası qulluq edir.