Məlum olduğu kimi, bu həftə DTM çempionatının növbəti mərhələsi İtaliyanın Mizano avtodromunda keçirilir. Mizanodakı mərhələ nəinki İtaliyada keçirilən ilk mərhələdir, bu mərhələ həmçinin ilk dəfə olaraq süni işıqlandırma ilə keçirilən ilk mərhələdir.
Şənbə günü Mizanioda keçirilən ilk sıralama sessiyası Pol di Restanın qələbəsi ilə başa çatıb. Sıralamalar yağışlı hava şəraitində keçirilib. Mercedes komandasının şotlandiyalı pilotu Mizanodakı treki 1.46,826 zamanla qət edərək komanda yoldaşı Edoardo Mortaranı 0,469 saniyə üstələyib. Qüvvədə olan dünya çempionu Rene Rast (Audi) isə üçüncü nəticəni qeydə alıb. Pilotlar çempionatının lideri Qəri Paffett yarışa dördüncü yerdən başlayacaqdır. Üçüncü sıradan Timo Qlok (BMW) və Lukas Auer (Mercedes) start alacaqdırlar. Yeddinci və səkkizinci yerdən Mayk Rokenfeller (Audi) və Paskal Verlyayn (Mercedes) yarışı başlayacaqdırlar.
İlk onluğu Auqusto Farfus (BMW) və Daniel Hunkandella (Mercedes) tamamlayıblar.